Kod

Kod – [lat. codex – qanunlar külliyatı] – şərti ixtisarlar sistemidir.

Kod sözü digər mənalarda da işlənə bilər:

  1. Şərti siqnallar sistemi;
  2. Əmtəələrin, əşyaların onlar haqqında informasiyaya malik şərti, qısaldılmış işarəsi, adlanması, onların şifri, rəmzi təsviri
  3. Hesablama texnikasında informasiyanın qəbul olunmuş şərti işarələr sistemindəki təsviri (ifadəsi)
  4. İstənilən növ informasiyanı müəyyən məsafəyə ötürmək, yaxud da mexanikləşdirilmiş və avtomatlaşdırılmış əməliyyatlardan keçirmək üçün ona əlverişli forma vermək məqsədilə yaradılan şərti işarələr və ya siqnallar sistemi;
  5. Hərbidə texniki rabitə vasitələri ilə hərbi xarakterli məxfi məlumatları gizli şəkildə vermək üçün şərti işarələr sistemi.
  6. Mənbə kodu
  7. Açıq kod
  • R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Kodlar haqqında

Kod