Kojuf

Kojuf — Balkan yarımadasında yerləşən dağ silsiləsi. Silsilənin əsas hissəsi Makedoniya (80 %) ərazisində, kiçik hissəsi isə Yunanıstan (20 %) ərazisində yerləşir.

Kojuf
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2171 m
Eni 45 km
Sahəsi 1000 km²
Hündür nöqtəsi Porta dağı
Süxurları metamorfikçöküntülü
Yerləşməsi
41°09′ şm. e. 22°10′ ş. u.
Ölkələr
Kojuf xəritədə
Kojuf
Kojuf
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Silsilənin ümumi sahəsi 1000 km²-dir. Dağ silsiləsinin ucqar şimal nöqtəsi ilə, ucqar cənub nöqtəsi arasında məsafə 40 km, ucqar qərb və şərq nöqtələri arasındakı məsafə isə 45 km-dir. Dağ sistemi pliosenə aid vulkan konuslarından təşkil olunub.[1] Dağ süxurlarından daha çox əhəngaşları və şistlər geniş yayılıb.

Dağ sisteminin qərb qurtaracağı Blaşisa çayına qədər uzanır, şimal-qərb hissəsi isə Mrejiçko kəndindən Dəmir-Kapiya şəhərinə qədər davam edir. Kojuf dağlarının özəlliklərindən biri AralıqEgey dənizləri arasında təbii sərhəd rolunun oynamasıdır. Silsilənin ən hündür zirvəsi Yunanıstanla sərhəddə yerləşən Potadır (2171 m).

Dağ silsiləsinin ətəkləri iynəyarpaqlı ağaclardan ibarət meşələrlə örtülüdür. Daha çox adi şam, Avstriya Qara şamı, ağ şam, ardıc geniş yayılıb. Enliyarpaqlı meşə zonasında isə palıdvələs üstünlük təşkil edir. Yüksək dağ zirvələri alp çəmənliyidir və yay otlaqları kimi istifadə olunur.

Bölgədə müxtəlif termal və mineral bulaqlar var: Merjiçko kəndində, Topli-Dol, Kisela-Voda və Alşar[2].

Kojuf dağlarında müasir dağ xizək kompleksinin tikintisi həyata keçirilir. Dağlıq əraziyə ən asan gediş makedoniya şəhəri Qevqeliyadandır.

Tarixi özəlliyi

[redaktə | mənbəni redaktə et]

Birinci Dünya Müharibəsi illərində Kojuf dağları bölgəsində Solonik cəbhəsi düyüşü baş vermi. İkinci Dünya Müharibəsi zamanı isə dağ ərazisində ücüncü və yeddinci makedoniya zərbə briqadası yaradılmış.

  1. "Recent Landform Evolution: The Carpatho-Balkan-Dinaric Region". 2017-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-30.
  2. "Geochemistry and origine of thermo-mineral waters on Kožuf Mountains". 2017-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-30.
  • Евгений Динчев, Петър Атанасов, Високите планини на Република Македония, Пътеводител, София, 1998, стр.181-192.