Koko (9 aprel 2005, Viktoriya – 18 dekabr 2012) — Avstraliyalı it aktyor. O 2011-ci ildə ekranlara çıxan "Qırmızı it" filmində baş rola çəkilmişdi. Koko bu filmdə Avstraliyada məşhur it olan Qırmızı iti canlandırmışdı. Koko sağ olanda xeyriyyə məqsədləri üçün vəsait toplayırdı. Onun sahibi "Qırmızı it" filminin prodüseri Nelson Woss idi.
Koko | |
---|---|
Doğum tarixi | 9 aprel 2005 |
Doğum yeri | |
Vəfat tarixi | 18 dekabr 2012 (7 yaşında) |
IMDb | ID4001532 |
Vikianbarda əlaqəli mediafayllar |
"Qırmızı it" seriyası ilə bağlı ikinci film 2019-cu ildə çıxıb və bu sənədli filmdə Kokonun hekayəsindən və ondan sonra yaşadıqlarından bəhs edilir.
Koko 2005-ci ildə Avstraliyanın Viktoriya ştatında anadan olub. İlk sahibləri seleksiyaçılar Carol və Len Hobday idi. Onu it şoularında iştirak etməsi üçün təlim keçmişdilər. Koko 2006-cı ilin yanvarında onlara məxsus olduğu zaman "Ən Zəhmətkeş İtlər" mükafatını qazanmışdı.[1] Bu kateqoriyada onun kimi gənc itin qalib gəlməsi nadir hal idi. Koko 2011-ci ildə real hadisələr əsasında çəkilən "Qırmızı it" filmindəki rolu ilə məşhurlaşdı. Koko filmdəki ifasına görə itlərə təqdim edilən "Qızıl xalta" mükafatına layiq görülüb.[2] 2012-ci ildə Adam Cullen adlı rəssam prodüser Nelson Voss ilə it Kokonun şəklini çəkib. Bu rəsm Avstraliyanın portret rəsm müsabiqəsi olan "Archibald" prizinin finalçısı kimi qəbul edilmişdir.[3][4]
2012-ci ildə Koko ürək xəstəliyindən əziyyət çəkdiyi üçün fəaliyyətini dayandırmalı oldu. O buna baxmayaraq heyvanlara qayğı göstərən təşkilatlara vəsait toplamaq üçün tədbirlərə qatılırdı.[5]
Koko 18 dekabr 2012-ci ildə 7 yaşında, Qərbi Avstraliyanın Pert şəhərində ürək çatışmazlığından vəfat edib. 2016-cı ildə çıxan "Red Dog: True Blue" filmi onun xatirəsinə həsr olunub.