Kolçak hökuməti

Kolçak hökuməti (18 noyabr 1918 – 5 yanvar 1920, paytaxtı Omsk) — 1918-ci ilin noyabrında, Rusiya vətəndaş müharibəsi gedişində, Omskda müttəfiqlərinin yardımı və admiral Kolçakın başçılığı ilə fəaliyyət göstərən hökumət.

Kolçak hökuməti
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
  •  Rusiya dövləti[d]
Yurisdiksiya Rusiya dövləti[d]
Yaradılma tarixi 18 noyabr 1918
Ləğv edilib 5 yanvar 1920
Baş qərargah

Aparıcı dövlətlərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

İngiltərə və Fransa Kolçaka malliyə və hərbi yardım göstərirdilər. Amerikanın Sibirdəki konsulu Harris bundan dərhal sonra Dövlət Departamentinə teleqram vuraraq, Kolçaka onun bolşevikləri devirmək yolunda güclü ordu yaratmaq niyyətinə, yardımları gücləndirməyi xahiş edirdi. ABŞ hökuməti Kolçakın maliyyə təminatı və hərbi təchizatı üçün bütün lazımı ölçüləri götürdü. Lakin, öz növbəsində başqa ağ generallara arxalanan və nəhəng əraziləri işğal etmiş Yaponiya Kolçakın Uzaq Şərqdə və Sibirdə güclənməsində maraqlı deyildi. Bununla da qismən onun Kolçaka yardımlarının gecikdirlməsi izah olunur. Yaponlar Kolçaka ancaq onun tərəfindən üç tələbin yerinə yetirilməsi şərti ilə yardım etmək fikrində idilər:

  • 1)Vladivostokun azad liman olmasını elan etməsi;
  • 2) Amur və Sunqari çaylarında azad ticarət etmək və üzmək icazəsi;
  • 3) yaponlara Sibir dəmir yolu üzərində nəzarətin və Çançun — Harbin hissəsinin verilməsi;
  • 4) yaponlara bütün Uzaq Şərqdə balıq tutmaq icazəsinin verilməsi;
  • 5) Yaponiyaya Şimali Saxalinin satılması.

1919-cu ilin yanvarının əvvəlində müttəfiqlər Kolçakla interventlərin və ağ-qavardiyaçıların ordularının hərəkətlərinin koordinasiyası haqqında anlaşdılar. Müttəfiqlər Omska öz nümayəndələrini göndərdilər. Fransız hökuməti Kolçakın yanına qeneral Janeni göndərdilər. Kolçakla razılaşmaya görə qeneral Janen Uzaq Şərqdə və Sibirdə Baykaldan şərqdə olan müttəfiq qoşunların baş komandanı təyin edildi. Hərəkətlərin koordinasiyası üçün Kolçak bütün hərəkətlərini(müttəfiqlərin ali baş komandanlığının nümayəndəsi) Janenlə uzlaşdırmalı idi. Janen anlaşmaya görə müstəsna səlahiyətlər aldı. O " ön və arxa cəbhədə ümumi nəzarəti malik idi". Onun özünün qərargah saxlamaq hüququ vardı. Ağ qvardiyaçı ordulara verilən bütün əmrlər onunla müzakirə olunmalı idi. Müttəfiqlər və ABŞ həmçin ağ-qvardiyaçıları silahla, sursatla və ərzaqla təmin etmək haqqında razılaşmaya gəldilər. Dövlət katibinin vəzifəsini yerinı yetirən Fillipsin prezident Vilsona göndərdiyi məktubda biz oxuyuruq: "Sizin, bir tərəfdən Parisdə olan başqa hökumət başçıları, başqa tərəfdən isə Omskdan olan admiral Kolçakla aranızda olan notalar mübadiləsinə istinad edərək, nəzərdə tutulur ki, ingilislər paltarla və başqa lazımı silahla Denikini, fransızlar -çexləri və qərb sərhədyanı ölkələrdə olan anti-bolşevik qüvvələrini təmin edir, eyni zamanda Kolçak silahların ABŞ dan alınmasına ümid edir".

  • Международные отношения на Дальнем Востоке(1870–1945)Государственное издательство политической литературы 1951 səh. 291–296 Tərcümə