Kolkasraqs burnu

Kolkasraqs[1] (latış. Kolkasrags‎) — burun, Kurzem yarımadasının şimal qutaracağında, Kurzem tarixi-coğrafi vilayəti ərazisində yerləşir. Hazırda isə Latviyanın Dundaq diyarı ərazisində yerləşir. Baltik dənizinin Riqa körfəzinin girəcəyində strateji mövqeyə malikdir. Saaremaa adasındakı (Estoniya) burundan İrbe boğazı ilə ayrılır. Lattış dilində mənası "iti künc" mənasını verir.

Kolkasraqs burnu
Yerləşməsi
57°45′33″ şm. e. 22°36′15″ ş. u.HGYO
Akvatoriya Baltik dənizi
Ölkə  Latviya
Kolkasraqs burnu xəritədə
Kolkasraqs burnu
Kolkasraqs burnu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Dənizin görünüşü

Burunun uzunluğu təqribi olaraq 6,5 km, hündürlüuü isə 2 metr təşkil edir. Burunun uerləşdiui regionda iqlim mülauimdir. Rusiya imperiyası dönəmində burun Kurlyadskaya quberniyasının Vindavski qəzasına daxil idi. Buradan keçənngüçlü axınlar səbəbindən burada qum rifi əmələ gəlmişdir. Bu səbəbfən burada 1875-ci ildə mayak inşa edilmişdir. Üçüncüsü isə rifin sonunda yerləşən üzən mayak idi.

Mühüm coğrari mövqeyi ilə yanaşı Domesnes həm də fin-uqor xalqlarının assimiliasiya olnduğu bölgədir. Belə ki, VI–VIII əsrdə butalara gəlmiş baltik tayfaları fin-iqorlarla qarışaraq latışları əmələ gətirmişdir. Burun ərazisində livovlara məxsus kənd olmuşdur. İlk əvvəllər burada cəmi 150 nəfər yaşayırdı. Hazırda isə 50 nəfər yaşayır. Burundan bir qədər aralıda Kolka kəndində provaslav kilsəsi və lüteran kirxası yerləşir.

1991–1992-ci illərdə Latviya hökuməti Livlərin yaşadığı bölgəni Liv sahili adlı etno-mədəni qoruq vilayət elat etmişdir. Hədəf xalqın kökünün qorunması olmuşdur. Bura Vayde, Saunaqs, Pitraqs, KoşraqsSikraqs. Qədim taxta evləri bağ istirahəti məqsədi ilə istifadə edirlər. Livlərin ənənəvi məşğuliyyəti balıqçılıqdır.

Maraqlı hadisələr

[redaktə | mənbəni redaktə et]
  • Rus qoşunları A. Kolçakın rəhbərliyi altında alman ordusunu qarşı zərbələr endirmişlər. 1915-ci ilin payızında Slava direhli gəmisində Riqa körfəzinin sahilində yerləşən qoşunlara 1-ci ranq kapitan V. V. Kovalevskinin rəhbərliyi altında zərbələr etdirilmişdir. Bunun nəticəsi olaraq ruslar 22 oktyabrda buruna desant çıxarmışlar.
  • 1917-ci ildə almanların Kurlyand sahilini tutması ilə əlaqədar ruslar Domesnes burnuna çoxlu sayda mina yerləşdirmişdilər.
  1. Эстония, Латвия, Литва // Атлас мира / сост. и подгот. к изд. ПКО "Картография" в 2009 г. ; гл. ред. Г. В. Поздняк. — М. : ПКО "Картография" : Оникс, 2010. — С. 75. — ISBN 978-5-85120-295-7 (Картография). — ISBN 978-5-488-02609-4 (Оникс).