Kollegial Transfiqurasiya Kilsəsi (Qarvolin)

Kollegial Transfiqurasiya Kilsəsi (pol. Kolegiata Przemienienia Pańskiego) – Polşanın Qarvolin şəhərində yerləşən katolik kilsəsi. Neobarokko üslubunda tikilmişdir.[1] 7 may 1962-ci ildə mədəni mülk statusu almışdır.[2]

katolisizm
Kollegial Transfiqurasiya Kilsəsi
Kolegiata Przemienienia Pańskiego
Yerləşməsi
Ölkə
Şəhər Qarvolin
Memarlıq
İnşa tarixi 16 sentyabr 1890 – 1894
Üslubu neobarokko
Materialı kərpic
Kollegial Transfiqurasiya Kilsəsi xəritədə
Kollegial Transfiqurasiya Kilsəsi
Kollegial Transfiqurasiya Kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1825-ci ilə qədər kilsənin yerində taxtadan tikilmiş başqa bir kilsə fəaliyyət göstərmişdir. 12 mart 1825-ci ildə baş vermiş yanğın nəticəsində taxta kilsə məhv olmuş və yeni kilsənin tikintisinə başlanmışdır. Tikinti işləri 1839-cu ilə kimi davam etmiş və prixodun tarixində ilk kərpic kilsə tikilmişdir. 20 oktyabr 1839-cu ildə kilsə ilk Müqəddəs Messa tədbiri keçirilmişdir. 29 noyabr 1840-cı ildə kilsəyə indiki adı – Transfiqurasiya kilsəsi adı verilmişdir.[3]

Tikinti işlərindəki nöqsanlara görə kilsə binası tez-tez təmir işlərinə məruz qalmışdır. 1841, 1844, 1846, 1849 və 1850-ci illərdə kilsənin damında, 1847-ci ildə kilsənin döşəməsində təmir işləri aparılmışdır. 17 iyun 1849-cu ildə baş vermiş fırtına kilsənin damına və tavanına ziyan vurmuş, hətta damın çökmə təhlükəsi yaranmışdır. 1852-ci ildə Andrey Klinovski kilsənin interyerini müxtəlif xristian müqəddəslərinin təsvirləri ilə bəzətmişdir.[3]

Çökmə təhlükəsi olduğu üçün kilsə 1890-cı ilin iyununda sökülmüş və yeni kilsə binasının tikintisinə başlanmışdır. 16 sentyabr 1890-cı ildə yeni kilsənin təməli atılmışdır.[3] 1890–1894-cü illərdə aparılmış tikinti işləri zamanı köhnə zəng qülləsi də sökülmüşdür.[1] 5 iyul 1900-cü ildə yepiskop Fransişek Yaçevski yeni kilsəni təqdis etmişdir. Yeni kilsənin tikintisi 78.000 rubla başa gəlmişdir.[3]

XX–XXI əsrlər

[redaktə | mənbəni redaktə et]

Kilsə Birinciİkinci dünya müharibələri zamanı dağıntılara məruz qalmışdır. 2 aprel 1918-ci ildə alman əsgərlər kilsənin orqanındakı boruları sökmüşdürlər. 9 sentyabr 1939-cu ildə şəhərdə baş vermiş yanğın kilsənin orqanı, tavanı, 16 yağlı boya əsəri, üç qülləsi yanğında məhv olmuşdur. 1940–1942-ci illərdə kilsədə bərpa işləri aparılmış, qüllələr bərpa olunmuş, yeni orqan quraşdırılmışdır.[3]

1983-cü ildə kilsədə yenidənqurma işləri aparılmışdır. 1988-ci ilin iyununda kilsə qaz sistemi ilə təchiz edilmişdir. 31 oktyabr 1990-cı ildə kilsənin divarında 1919–1920-ci illərdə ölmüş bir sıra polyak əsgərlərin adlarını əks etdirən lövhə quraşdırılmışdır. 1992-ci ildə kilsədə növbəti bərpa işləri aparılmışdır. 2011-ci ilin iyul-avqust aylarında kilsədə yeni qranit döşəmə salınmışdır.[3]

  1. 1 2 "Informacje o parafii". Kilsənin rəsmi saytı (polyakca). 1 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2024.
  2. "Rejestr zabytków nieruchomych – województwo mazowieckie" (PDF). Mədəni İrs Milli İnstitutu (polyakca). 1 iyul 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 iyul 2024.
  3. 1 2 3 4 5 6 "Historia budynku kościoła". Kilsənin rəsmi saytı (polyakca). 1 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]