Kolloid stabilliyinin təyini

Kolloid stabilliyinin təyini - sürtkü yağlarının kolloid stabilliyi dörd üsul ilə təyin edilir.

Üsullar[redaktə | mənbəni redaktə et]

I üsul - sürtkü yağlarında çöküntünün miqdarının təyini. 20 ml yağı benzinlə qarışdırıb 30-60dəq. sentrafuqada fırladmaqla çöküntü təyin edilir. Çöküntü müşahidə edilmədikdə yağ kolloid stabilli hesab edilir.

II üsul - müəyyən müddət saxlanılan yağda çöküntünün olub olmamağı gözlə təyin edilir.

Yağ 90 sutka ərzində saxladıqdan sonra onun xarici görünüşü(şəffaflığı, bulantılığı), qələvi ədədinin(əvvəl və sonra) dəyişilməsi müşahidə edilmədikdə bu yağ kolloid stabilhesab edilir.

III üsul - yağda hidrolitik üsulla çöküntünün təyini.

Yağı 1,0% distillə suyu ilə qatışdırıb, 30 sutka saxladıqdan sonra çöküntünün olub olmamağı gözlə təyin edilir. Qələvi ədədinin(əvvəl və sonra), sink və kalsiumun(əvvəl və sonra) dəyişilməsi ilə təyin edilir.

IV üsul - müxtəlif temperaturun təsiri ilə (müsbət, mənfi) çöküntünün təyini(A və B metodları).

Metod A - yağ 24 saat ərzində müsbət 75-800C temperaturda saxlanılıb, sonra sentrafuqada fırladmaqla, çöküntünün olub olmaması müşahidə edilir. Həmçinin yağı mənfi temperaturda saxlayıb sentrafuqada fırladçaqla çöküntünün olub olmamasını müşahidə edilir.

Metod B - yağ 24 saat ərzində 75 - 800C-də 10 sutka saxlanılır, sonra çöküntünün əmələ gəlməyi müşahidə edilir və 60 dəq. sentrafuqada fırladaraq, çöküntünün olub olmaması müşahidə edilir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Əhmədov E.İ., Məmmədov S.F., Rzayeva N,A.”Fiziki kimya” Bakı.2009.,
  • http://unec.edu.az