Kolumbiya vətəndaş müharibəsi — 1964-ci ildə başlanmış, 2016-cı ilin 21 iyununa qədər davam edib özünün aktiv fazasına 1966-cı ildə çatmış olan Vətəndaş müharibəsi. Müharibə Kolumbiya hökuməti ilə hərbi birləşmələr, cinayətkar sindikatlar və sol partizanlar (FARK, ELN) arasında ölkədəki hakimiyyəti ələ keçirmək uğrunda gedir.[1][1][2][3][4][5][6][7].
Kolumbiya vətəndaş müharibəsi (1964-2016) | |
---|---|
Soyuq müharibə | |
Yeri | Kolumbiya |
Nəticəsi | Atəşkəs |
Vikianbarda əlaqəli mediafayllar |
Belə düşünülür ki, bu müharibə tarixi La Violensiya müharibəsinin davamını təşkil edir. Bu müharibə Konservantlar və Liberallar arasında 1948-1958-ci illərdə baş vermişdir [8]. Bu mübarizədə konservantların qələbəsi liberal və kommunist döyüşçülərin birləşərək Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARK) yaradılmasına təkan verir [9].
Müharibənin başlaması haqqında müxtəlif fikirlər irəli sürülür. Tərəflər isə bu məsələdə özlərini haqlı sayır. FARK və digər partizan dəstələri özlərini haqlı sayaraq, məqsədlərinin kasıbların haqlarını qorumaq, hökumətin təzyiqlərindən uzaq qoymaq və ölkədə sosial bərabərliyi təmin etməkdən ibarətdir [10]. Kolumbiya hökuməti bəyan edir ki, onlar sabitlik, inkişaf yolu ilə vətandaşların hüquq və maraqlarını qorumaqdır. Hərbiləşmiş ultrasağçılar isə yalnız partizan təhlükəsinə qarşı mübarizə apardıqlarını bildirirlər [11]. İstər partizanlar, istərsə də ultrasağçılar narkotik vasitələrin qanunsuz dövriyyəsində və terorizmdə ittiham edilir. Bu münaqişədə iştirak edən tərəflər, nəhayət, sonda belə bir qənaətə gəlmişlər ki, bu müharibə çoxlu sayda insan haqlarının pozulması hesabına baş vermişdir.
Kolumbiya Milli Araşdırmalar Mərkəzinin verdiyi məlumata görə bu konfliktin baş verdiyi 1958-2013 illər ərzində ölkədə 220,000 insan həlak olmuşdur. Onların 177,307 nəfəri mülki əhali olmuşdur. Bundan əlavə, bu müharibə ilə əlaqədar beş milyondan çox insan öz evini tərk etməyə məhkum olmuşdur [12][13].
2012-ci ildə FARK Kolumbiya hökuməti ilə danışıqlara başlamışdır. Bu da yaxın gələcəkdə bu vətəndaş müharibəsinin bitəcəyinə zəmin yaradır. 16 may 2014-ci ildə Kolumbiya və üsyançılar narkotiklərin qanunsuz dövriyyəsinə qarşı müştərək fəaliyyət göstərməyi öhdələrinə götürmüşlər [14].
Kolumbiyada hökm sürən hərbi münaqişələrin əsasında 1920-ci ildə Sumapas və Tekendamda baş vermiş aqrar qanunsuzluqlar dururdu[15]. Kəndlilərin əsas mübarizəsi kofe plantasiyalarına xüsusi mülkiyyət statusunun alınması idi. Bu isə konservantlar və liberallar arasında uçuruma səbəb olmuşdur.
1948-ci ildə liberal sağçıların liderlərindən biri olan Xorxe Qaytanın öldürülməsi hərbi münaqişəyə səbəb olur. Boqotasoda (paytaxda) münaqişənin gedişində 4000-dən çox insan həlak olur. Ardından isə La Violensiya müharibəsinə gətirib çıxarır. Bu mübarizə Liberallar və Konservantlar arasında başlayır. Münaqişə 200,000-dən çox insanın həyatına son qoyur.
La Violensiya müharibəsinin bitməsi ilə özünümüdafiə qüvvələri və partizan dəstələrinin böyük hissəsi buraxılır. Bununla belə, bir necə Liberal və Kommunist qruplar kənd anklavlarında öz mövcudluqlarını qoruyub saxlayırdılar. Bu cür liberal qruplardan biri də «Kolumbiya İnqilabçı Silahlı Qüvvələri», və ya FARK (FARC) idi. Onlar Dumar Alhur tərəfindən 1950-ci illərdə yaradılmışdı[16].
Bundan əlavə, 1958-ci ildə iki partiyalı siyasi idarə sistemi yaradılır. Bu Konservantlar və Liberallar arasında təşkil olunan Milli Cəbhə olur. Ancaq bu anlaşma iki partiya arasında olan qarşılıqlı antoqoniz mövqelərə az təsir göstərdi.
1960-cı illərin əvvəllərində Milli Cəbhəyə bağlı olan Kolumbiya ordusunun dəstələri kənd icmalarına basqınlar təşkil etməyə başlamışdılar. Onlar öz addımlarını onunla əsaslandırmağa calışırdılar ki, guya bu kənd icmaları quldur və kommunistlərin əsas toplaşma yerləridir. 1964-ci ildə ordu qüvvələrinin Marketaliya kənd icmasına təşkil etdiyi basqın FARK-ın yaradılmasına gətirib çıxardı[17]. İcma ətrafında polis və ordunun təşkil etdiyi mühasirəyə baxmayaraq, Manuel Marulade mühasirədən qaça bilmişdir.
FARK kənd şəraitində Liberallar və Konservantlara qarşı uzun zaman apardığı mübarizədə kifayət qədər təcrübə toplasa da, Kolumbiya Milli Azadlıq ordusu və ELN isə bu mübarizədə yeni idilər. Üstəlik, onlar, əsasən, tələbə qarşıdurmaları zamanı yaranmışdılar və kiçik dəstələr şəklində xarizmatik liderin arxasınca irəliləmək xüsusiyyəti daşıyırdı. Onlar Azadlıq teologiyasının nümayəndəsi Kamilo Torres Restreponun başçılığı altında fəaliyyət göstərirdilər[18]. Hər iki partizan qrup 1960-cı illərdə, əsasən, ölkənin müxtəlif bölgələrində bir-birindən ayrı şəkildə fəaliyyət göstərirdilər.
Kolumbiya hökuməti 1950-ci illərdən 1960-cı illərə qədər partizanlara qarşı çoxlu sayda reydlər təşkil etmişdir. Bu addımlar ABŞ və SRU tərəfindən dəstəklənirdi[11][19].
7 avqust 1998-ci ildə Andres Pastrana Aranqonun Kolumbiya prezidenti kimi andiçməsi baş tutur. Yeni prezidentin proqramının əsas məğzi uzun illər ölkədə davam edən konflikti sülh yolu ilə çözmək və ABŞ-nin dəstəyi ilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq olmuşdur.
1999-ci ilin iyulunda Kolumbiya hərbçiləri Puerto-Leras şəhərinə hücum təşkil edirlər. Səbəb isə FARK-ın əsas düşərgələrinin məhz burada yerləşməsi olur. Bu məsələdə ABŞ Kolumbiya hökumətinə nəqliyyat təyyarələri və texniki materiallarla yardım göstərirdi. Kolumbiya hökumət qüvvələri 72 saat ərzində şəhəri atəş altında saxlayır və bombalayırdılar. Bu əməliyyat nəticəsində üç mülki şəxs ölmüş və bir necəsi yaralanmışdı. Üsyançılar şəhəri tərk etməyə məcbur olmuşdular. Onların çoxu ölmüş və yaralanmışdırlar. Hökumət bu əməliyyatın nəticəsini əhəmiyyətli qalibiyyət elan edir[20].
Birləşmiş Ştatlar münaqişənin əvvəllərindən aktiv iştirak etmişdir. Hələ 1960-cı illərdə ABŞ Kolumbiya ordusunu ultrasağların yerləşdiyi kənd yerləri üzərinə hücum etməyə təhrik edirdi. Bu Amerika Birləşmiş Ştatlarının kommunizmə qarşı apardığı mübarizənin tərkib hissəsi idi [21].