Kolyuçin körfəzi

Kolyuçin körfəziÇukot dənizində yerləşəm sahəsinə görə ikinci ən böyük körfəz. Körfəz Çukot yarımadasının içərilərinə doğru uzanır. İnzibati baxımdan Rusiya Federasiyası, Çukot Muxtar Dairəsi Çukot rayonu ərazisinə daxildir.

Kolyuçin buxtası
çuk. Кувлючьин
Ümumi məlumatlar
Tip Buxta (körfəz)
Orta dərinliyi 7—14 m
Yerləşməsi
66°48′00″ şm. e. 174°22′00″ q. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Kolyuçin buxtası xəritədə
Kolyuçin buxtası
Kolyuçin buxtası
Kolyuçin buxtası xəritədə
Kolyuçin buxtası
Kolyuçin buxtası

1793-cü ildə körfəzə Qraf Bezborodki körfəzi adı verilir. Bu ad Aleksandr Andreeviç Bezborodkonun şərəfinə adlandırılır. Ancaq ad uzun ömürlü olmur. Bir müddət sonra körfəz yaxınlığında yerləşən Kolyuçin adasının adı ilə adlandırılır.

Fiziki-coğrafi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Körfəz materik daxilinə 100 km məsafədə daxil olur. Dənizdən Belyaka dili ilə ayrılır. Çıxacaqda uzunluğu 2,8 km-dir. Maksimal eni isə 37 km təşkil edir. Dərinliyi 7—14 metr arasında dəyişir. Günlük qabarmalar 0,1 metrdir. Kolyuçin körfəzinin şimal-qərbində Boz qaz adaları yerləşir. Yujnıy adası arxipelaqın ən iri adasıdır. Uzunluğu 12 km təşkil edir. Ada qumsaldır və ərazisi düzəndir. Gilli ərazilərdə duzlu göllərdə vardır.

Sahilləri əsasən hündürdür. Daxilində yerləşən Nuteyikvin yarımadası sayəsində Kuetkuyim və İoniveemkuyim körfəzləri əmələ gəlir. Çayların körfəzə töküldüyü yerdə deltalar əmələə gəlmişdir. Sahilə yaxın ərazilərdə termokast göllər belə vardır. Körfəzə tökülən ən uzun çay İoniveem çayıdır. O 150 km uzunluğa malikdir.

70 km şərqdə isə Neskenpılkin laqunu yerləşir.

Dib çöküntüləri

[redaktə | mənbəni redaktə et]

Körfəzin dibi əsasən lil materialları ilə örtülüdür. Çıxacaqda isə qum materialları üstünlük təşkil edir. Qum materiallarının körfəzə yayılmasına qabarma və çəkilmə səbəb olur[1].

Körfəz dəniz arktik iqlimə malikdir. Körfəzin buxla örtülməsi oktyabrın ortalarından başlayır. Buzdan tam azad olma ancaq yayın sonuna təsadüf edir. Yanvar ayında orta temoeratur −23 °C təşkil edir. Qışda küləklər müşahidə edilir. Yaz mayın ikinci yarısına təsadüf edir. Yayı soyuq və rütubətli olur. İyul ayında orta temperatur +6 °C-dir.

Körfəzin akvatoriyası müxtəlif növ balıqlarla zəngindir. Kolyuçin körfəzinin cənub hissəsində kütləvi şəkildə Amerika durnalarının yuva qurduğu ərazi vardır. Burada ördəklər, qara qaqarkaların kütləvi toplaşdığı ərazilə rdən biridir[2][3].

Gəmi qəzaları

[redaktə | mənbəni redaktə et]

ХХ əsrin əvvələrində Kyuçinskaya körfəzi sahillətində amerikan «Polar bear» gəmisi qəzaya uğramışdır.

1983-cü ildə körfəzdə «Nina Saqaydak» buzqıran gəmisi torosların arasında əzilərək dənizin dibinə batır. Ekipajın xilası zamaı «Kolya Myaqotin» gəmisidə böyük zərər görür[4].

  1. Павлидис Ю. А., Бабаев Ю. М., Ионин А. С., Возовик Ю. И., Дунаев Н. Н. Особенности полярного морфолитогенеза на шельфе Северо-Востока СССР. Континентальные и островные шельфы. Рельеф и осадки. — M.: «Наука», 1981. — С. 33—96.
  2. Водно-болотные угодья России. Том 4. Водно-болотные угодья Северо-Востока России (сост. А. В. Андреев). — М.: Wetlands International, 2001. — 296 с.
  3. Черешнев И. Л. Пильхыкайская даллия. Красная книга севера Дальнего Востока. М.: Цента, 1998. — С. 58—59.
  4. В. Логинов. "Секретная экспедиция американцев". Вокруг Света. 2007-02-14. 2013-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-29.