Komenski Universiteti (slovak. Univerzita Komenského v Bratislave) — Slovakiyanın paytaxtı Bratislava şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitet XVII əsrin məşhur müəllim və filosofu Jan Amos Comeniusin şərəfinə adlandırılıb[3].
Komenski Universiteti | |
---|---|
Univerzita Komenského v Bratislave | |
48°08′28″ şm. e. 17°06′57″ ş. u.HGYO | |
Əsası qoyulub | 1919 |
Tip | Dövlət |
Tələbə sayı | 28,300 (2012/13)[1] |
Şəhər | Bratislava şəhəri |
Ölkə | |
Sayt | uniba.sk |
Vikianbarda əlaqəli mediafayllar |
Universitetin əsası 1919-cu ildə Qədim Praqa Universitetinin dəstəyi ilə qoyulmuşdur.
2006-cı ildə Komenski Universiteti 30 000-dən çox tələbə və 2000-ə yaxın akademik heyəti ilə fəaliyyət göstərmişdir.
Fakültələrinin böyük bir qismi paytaxt Bratislavada yerləşir.
Slovakiyadakı bir çox ali təhsil müəssisələri kimi universitet də əsasən dövlət tərəfindən maliyyələşdirilir.
Slovakiyada fəaliyyət göstərən Universitetlərə tələbələrin illik təhsil haqqı ödəməsi üçün plan tərtib edilsə də, 2005-ci il May ayında Parlamentdə lazımi dəstəyi almadığı üçün qəbul edilməmişdir.
Utrext Şəbəkəsinin üzvüdür[4].