Kommunistlərlə Bitərəflər İttifaqı

Kommunistlərlə Bitərəflər İttifaqı — 1990-cı ilədək Azərbaycan SSR Ali Sovetinə keçirilən seçkilərdə iştirak edən yeganə leqal siyasi təşkilat.

Kommunistlərlə Bitərəflər İttifaqı
Şüar Kommunistlərlə Bitərəflər İttifaqına səs verin!

Aprel işğalından sonra Azərbaycanda parlament funksiyalarını yerinə yetirən Ümumsovetlər Qurultayı çağırılmışdır. 1937-ci ilədək 9 dəfə keçirilən bu qurultay qəbul edilən yeni konstitusiya ilə öz yerini Ali Sovetə buraxmışdır.

Azərbaycan SSR Ali Sovetinə seçkilər gizli yolla keçirilsə də, seçkilər təkpartiyalı sistemdə keçirilirdi. Hakim Azərbaycan Kommunist Partiyası öz üzvlərindən və bitərəf namizədlərdən ibarət "Kommunistlərlə Bitərəflər İttifaqı" altında seçkilərə qatılırdı. Bu seçkilərdə ittifaq tərəfindn göstərilən bütün namizədlər deputat seçilirdi. Bitərəf namizədlər adətən Azərbaycan Kommunist Partiyasına loyal şəxslər və ya siyasətlə məşğul olmayan incəsənət xadimləri, kəndli-fəhlə sinfindən seçilirdi.

İttifaqın namizədləri haqqında seçkidən öncə toplu nəşr olunurdu.

Azərbaycan Kommunist Partiyasının ləğv olunmasıyla ittifaqın fəaliyyətinə son qoyuldu.