Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kompüter gözlüyü – kompüterin ekranına iki və ya üç fut (1 fut = 30.48 sm) məsafədən baxmaq üçün gözlük. Kompüter gözlüklərinin linzalarının üzərinə süzgəc funksiyasını yerinə yetirən bir neçə qatdan ibarət xüsusi örtük çəkilir. Belə çoxqatlı “süzgəc” monitordan şüalanan və spektrlərin göz üçün ziyanlı olan sahələrinin qarşısını alır və gözü daimi titrəmələrdən qorumağa kömək edir. Bundan başqa, kompüter gözlüyünün örtüyündə antistatik qat da var ki, linzaları maqnitləşmədən, gözləri isə maqnit sahəsinin təsirindən qoruyur.