![]() | Bu məqalə qaralama halındadır. |
Sistem bloku-kompüterin bütün aparat hissəsini, yəni qida blokunu, disk yaddaşını, video adapteri, giriş-çıxış portlarını, həmçinin ən mühüm tərkib hissə olan "ana platası"ni özündə cəmləşdirir.
Ana platası(motherboard,"sistem platası")kompüterin əsas elektron lövhəsi sayılır. Ana lövhənin üzərində yerləşən elementlər aşağıdakılardır: Mərkəzi prosessor(CPU-Central Processing Unit)kompüterin əsas qurğusu olub, hesab və məntiq əməliyyatlarını yerinə yetirir və kompüterin işini idarə edir.
Prosessorun-bütün proqramları yerinə yetirən mikro prosessor(MP) üzərində qurulmuşdur. Kompüterin işləmə sürəti əsasən prosessorun işləmə sürəti ilə təyin olunur. Prosessorun məhsuldarlığı(cəldliyi)-bir saniyədə yerinə yetirilən elementar əməllərin sayıdır. Prosessorun əsas parametrləri bunlardır:mərtəbəlilik, işçi takt tezliyi, nüvəsi, keş yaddaşının həcmi.
Prosessorun takt tezliyi(sinxronlaşdırma tezliyi)-prosessorun bir saniyədəki taktlarının sayını, takt isə-elementar əməlin(məsələn, toplama)yerinə yetirildiyi vaxt müddətində(mikro-saniyələrlə) göstərir. Beləliklə, takt tezliyi-kompüterin qovşaqlarının işini sinxronlaşdıran bir saniyədə hasil olunan impulsların sayıdır. Takt tezliyi kompüterin cəldliyini təyin edir. *Takt tezliyi"takt tezliyi generatoru"adlı xüsusi mikrosxem vasitəsilə əldə edilir ki, o da periodik impulslar hasil edir. Hər biri əməlin prosessor tərəfindən yerinə yetirilməsində müəyyən taktlar sayı ayrılır.1MHs tezlik-1 saniyədə 1 milyon takt,1GHs-1 saniyədə 1 milyard ətakt deməkdir.
Kompüter prosessorunun tipi kompüterlər mikroprosessorun tipi ilə müəyyən olunur. İBM tipli kompüterlər ailəsinin nümayəndələri İntel və AMD tipli mikroprosessorları üzərində qurulmuşdur. Prosessorun nüvələrinin tipləri Core kimi adlanır. İndi prosessorlarda 2(Core i3),4(Core i5),6(Core i7) və.s nüvəli prosessorların texnologiyası işlənib hazırlanmışdır. İşləmə sürəti kimi prosessorun takt tezliyi GHs-lərlə ölçülür. Son zamanlar takt tezliyi 2.0,3.0,4.0, və.s Ghs-dir. Çipset(mikrosxem dəsti)-ana lövhənin bütün funksional imkanlarını təyin edən mikrosxem toplusudur. Ana lövhənin bütün funksional imkanlarını təyin edən mikrosxem toplusudur. Ana lövhənin üzərində yerləşən qurğularının işini tənzimləyir və iki əsas mikrosxemdən(şimal və cənub) ibarətdir. Şimal körpüsü əməliyyat yaddaş, videoadapter və prosessorun, cınub körpüsü isə(yavaş işləyən)bütün portların, səs kanallarının və periferiya qurğularının işinə cavabdehdir.
Şinlər-kompüterin daxili qurğuları arasında siqnalların ötürülməsində təmin edən keçiricilər yığınıdır.
Kontrollerlər-xüsusi elektron sxemlər olub disk sürücüləri, klaviatura və s.ilə əməliyyat yaddaşı arasında informasiya mübadiləsinə nəzarət edən qurğulardır.
Portlar. Giriş-cıxış portları prosessorun xarici qurğular ilə informasiya mübadiləsi həyata keçirilir.
Soket-kompüterdə qurğuların bir-birilə əlaqələndirilməsi üçün nəzərdə tutulmuş yuvadır.
Səs kartı-səs məlumatlarını emal etmək və kompüterde səsli canlandırma üçün istifadə olunur. Səs karti kompüterin imkanlarını genişləndirərək ona musiqi ifa etməyə, danışmağa və audio informasiyani qəbul etməyə şərait yaradır.
Şəbəkə kartı-kompüterlərin standart qurğularından biridir. Kompüter standart qurğularından biridir. Kompüterin şəbəkəyə qoşulmasını və onunla qarşılıqlı əlaqəni təmin edir. Şəbəkə kartı ana lövhəyə inteqrasiya olunur.