Kompensasiya

Kompensasiya (lat. compensatio, compensare - tarazlaşdırmaq, ödəmək) — bərpa etmək, haqqını ödəmək, ödəniş və s. mənalarda işlədilir. Şəxsiyyətə, əmlaka və ya vətəndaşın nüfuzuna dəymiş zərərin, eləcə də hüquqi şəxsin əmlakına və nüfuzuna dəymiş zərərin ödənilməsi.

İcra kompensasiyası

[redaktə | mənbəni redaktə et]

Qanunla kompensasiya ödənişinin alınması bilavasitə zərər çəkməyən şəxsə də təyin edilə bilər (məsələn, azyaşlı uşaqlara dəymiş zərərin kompensasiyası onların valideynlərinə və qəyyumlarına verilə bilər; hüquqi şəxsə, yaxud vətəndaşa əmək vəzifələrinin icrası zamanı işçi tərəfindən dəymiş zərər idarə tərəfindən ödənilir). Birgə zərər vurmuş şəxslər zərərçəkən qarşısında birlikdə cavabdehdirlər. Digər şəxs tərəfindən dəymiş zərəri ödəməyi öhdəsinə götürən şəxs zərərvurana əks tələb qoymaq hüququna (reqress) malikdir. Birgə dəymiş zərəri ödəyən zərəri vurmuş şəxs, bu zərəri vurmuş şəxsin günahının müvafiq dərəcəsi ölçüsündə kompensasiyanın zərərçəkmişə ödənilən hissəsini zərəri vurmuş digər şəxsdən tələb etmək hüququna malikdir. Günahın dərəcəsinin müəyyən edilməsinin qeyri-mümkünlüyü zamanı paylar bərabər qəbul edilir. Kompensasiya təkcə şəxsə və əmlaka dəymiş zərərə yox, həm də mənəvi zərərə aiddir. Əmək hüququnda istifadə olunmayan məzuniyyətə görə, işçilərə məxsus alətlərin aşınmasına görə, verilməmiş xüsusi geyimə və s. görə işi yerinə yetirən fəhlə və qulluqçulara ödəniş.

İstehsal amilləri

[redaktə | mənbəni redaktə et]
İstehsal amillərinin kompensasiyası mənbələri
İstehsal amilinin adı İstehsal amilinin kompensasiyası
1 Əmək (işçi qüvvəsi) Əmək haqqı
2 Kapital Faizlər, dividentlər
3 Torpaq Renta (vergilər, icarə haqqı)
4 İdarəetmə Mənfəət, rəhbərlik tərəfindən mükafat
5 İntellektual mülkiyyət Sahibkara ödənişlər (qonorarlar, mükafatlar,

royalti və ya pauşal ödəmələr və s.)

6 İnformasiya Sahibkara ödənişlər

Demoqrafiya kompensasiyası

[redaktə | mənbəni redaktə et]

Demoqrafiyada-demoqrafik proseslərin intensivliyinin dəyişməsidir. Bu da ondan ibarətdir ki, bu və ya digər səbəblərdən baş tutmayan demoqrafik hadisələr bu proseslər dayandırıldıqdan sonrakı dövrdə güclənir. Nəticədə müvafiq hadisələrin tezliyi əvvəlcə azalır, ləngiməni doğuran səbəbin fəaliyyəti dayanan zaman kəskin surətdə artır. Kompensasiya həm də sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.

Kompensasiyaya xarakterik misal olaraq müharibədən sonrakı dövrdə nikah və doğumun səviyyəsinin yüksəlməsini göstərmək olar. Bu zaman müharibə ilə əlaqədar təxirə salınmış nikahlar bağlanılır və cəbhədən qayıtmış valideynlərin ailəsində uşaqların sayı artır. Kompensasiya bir sıra hallarda tam olmur; uyğun hadisələrin tezliyi onun aşağı düşməyə başladığı əvvəlki səviyyəyə çatmır. Kompensasiya xarakterli hadisələrə adətən hadisələrin tezliyinin aşağı düşməsi aiddir.[1]

  1. ZİYAD ƏLİABBAS oğlu SƏMƏDZADƏ. BÖYÜK İQTİSADİ ENSİKLOPEDİYA (PDF). III İJKQLM. Bakı. 2012. səh. 224-225.