Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kompleks təsirli stabilizatorlar Kompleks təsirli stabilizatorlar tərkibində olan radikal-zəncirvari reaksiyaların inhibirləşməsinə əsaslanan antioksidantların kifayət qədər effektiv olmadığı yanacaqların kimyəvi və termooksidləşdrici sabitliyini artırmaq üçün nəzərdə tutulmuşdur. Belə yanacaqlara məsələn, tərkibində katalitik krekinqın işlənməmiş yüngül qazoylları olan dizel yanacaqları, yanan şist, kömür və s.yanma prosesindən alınan yanacaqlar aiddir. Hidrotəmizləmə və stabilizatordan eyni zamanda istifadə daha çox səmərə verir. Stabilizatorların işçi qatılığı 0.01–0.05% olub yanacaqdakı qeyri-sabit komponentlərin qatılığından asılıdır.
Ümumiyyətlə, yanacaqlarda qatran və çöküntülərin formalaşması yalnız karbohidrogenlərin radikal-zəncirvari oksidləşmə reaksiyaları ilə məhdudlaşmır. Fəal ikiqat rabitəsi olan olefinlərin polimerləşməsi, politsiklik aromatik birləşmələr və azot saxlayan heterotsikllərin oksidləşmə polikondensasiyası, kükürd saxlayan birləşmələrin sülfoturşulara qədər oksidləşməsi mümkündür.
Karbohidrogenlərin oksidləşməsinə gəldikdə isə, bu əsas proses olaraq qalır və onun nəticəsində poliefirləşmə və polikondensasiya reaksiyalarına məruz qalan spirtlər, turşular və efirlər əmələ gəir. Bu sıxlaşma reaksiyalarından bir çoxu karbon turşuları və xüsusilə sulfoturşuların oksidləşmə məhsullarının iştirakı ilə sürətlənir. Metalların olması da oksidləşməyə təsir göstərir. Yüksəkmolekullu qatrana oxşar məhsullar molekul kütləsi nisbətən aşağı olan halda yanacaqda həll olur və qatran əmələ gətirir. Bir müddət sonra (bəzi tədqiqatçılara görə, molekul kütləsi 500-ə çatdıqdan sonra) onlar koagulyasiya edir və ayrı bir faza formalaşdırır. Stabilizatorlar müəyyən reaksiya və prosesləri ləngidən bir sıra inhibitorlardır. Ümumiyyətlə, stabilizator dörd əsas komponentdən ibarətdir:
Dizel yanacaqlarının termiki stabilliyi nümunənin laboratoriya şəraitində havada 16 saat ərzində mis lövhədə əmələ gətirdiyi qatran və çöküntünün miqdarı, həmçinin sınaq prosesində yanacağın turşuluğu və optik sıxlığının dəyişməsi ilə təyin olunur. Bu üsul dizel yanacaqlarının kvalifikasiya sınaqları kompleksinə daxildir. Bəzən daha ciddi üsul olan ASTM D 2274-dən istifadə edilir. Bu halda nümunəni havada saxlamayıb onun içindən 95°С-də oksigen buraxılır.
Dizel yanacaqlarının sabitliyini qiymətləndirmək üçün stend üsulları da mövcuddur.
Yanacaqların stabilliyi hidrotəmizləmə, hidroaromatiksizləşdirmə və digər proseslərlə təmin olunur. Rusiyada dizel yanacaqları üçün ВЭМС aşqarının tətbiqinə icazə verilib. Onun tərkibinə neytrallaşdırıcı rolunu oynayan antioksidant (2,6-di-tret-butil-4-dimetilaminometilfenol-10%), disperqator (Днепрол aşqarı-30%) və həlledici (butil spirtləri və dizel yanacağının qalıqları – hər birindən 30%) daxildir.
Aşqarın hidrotəmizlənməmiş dizel yanacaqlarında tətbiqi hidrotəmizləmə kimi effect verir. Lakin yanacağın kimyəvi sabitliyini artıraraq aşqar onun kükürdünün miqdarı, turşuluğu, yod ədədi kimi mühüm göstəricilərinə təsir etmir.
ВЭМС aşqarı digər stabilizatorlar kimi yalnız qaranlıqda effektlidir. Əslində bu, onun praktiki tətbiqinə mane olmur. Belə ki, yanacaq NEZ-dən mühərriyə çatanadək işığın təsiri altına düşmür.
Digər tərəfdən stabilizatorlardan istifadə hidrotəmizləməyə tam alternativ ola bilmir. Belə ki, yanacağın kimyəvi sabitliyini artırmaqla aşqar hər şeydən əvvəl onda olan kükürdün miqdarı, turşuluğu və yod ədədi kimi mühüm göstəricilərinə təsir etmir. Beləliklə, kifayət dərəcədə hidrotəmizləmə potensialı olan zavodlarda stabilizatorların tətbiqi maraqlı deyil.
А.М.Данилов. Применение присадок в топливах.Санкт-Петербург: Химиздат, 2010