Kompressor

Mərkəzdənqaçma kompressoru
Vintli kompressor

Kompressor — patik maşın olub qazların sıxılması üçün tətbiq edilir. Sıxma zamanı başlanğıc təzyiqə p1 və həcmə V1 malik qaz kiçilərək v2 həcmini alır. Bu zaman qazın təzyiqi (p2) artır və qaz qızır.

Əsasən iki forması vardır.

Porşenli kompressor

Porşenli kompressorda verilən həcmdə qaz tutularaq sıxılır və sonra xaric edilir. Bunlar siklik işləyirlər və öz kiçik həcm tutumu və yüksək təzyiq fərqi ilə fərqlənirtlər.

Vintli kompressor

Vintli kompressorlar iki vallı olub daxili sıxışdırma ilə işləyirlər. Kiçik ölçüsü, çəkisi, stabil və sakit axma qabiliyyəti onun üstün cəhətlərindəndir. Bu kompressorlarda 30 bar-a qədər təzyiq yaranır.

Kompressorun növləri və texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

İstifadə olunacaq üsula görə kompressor növləri iki yerə bölünür: Müsbət yerdəyişmə kompressorları və turbo kompressorlar. Müsbət yerdəyişmə kompressorları müəyyən bir həcmdə havanı sıxaraq təzyiqi artırmaq prinsipinə əsaslanır. Bu tip kompressorlar piston, silindr, rotor və gövdə formalarına və ya nömrələrinə görə növlərə bölünür. Digərləri isə turbinlərin köməyi ilə havanın sürətini artırmaq və sonra onun sürətini azaltmaqla təzyiq əldə etmək prinsipi ilə işləyirlər.[1]

  • Pistonlu kompressor
  • Mərkəzdənqaçma kompressoru
  • Vintli kompressor
  • Eksenel axın kompressoru
  • Müsbət yerdəyişmə kompressorları
  • Reaktiv kompressor
  1. "Azərbaycan Mühəndislər Birliyi - Elmi fəaliyyət - Kompressorlar". www.azmiib.az. 2024-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-30.