Komsomol nəsli (film, 1938)

Kinooçerk ÜİLKGİ-nin XX ildönümünə həsr olunmuşdur.

Komsomol nəsli
Janr sənədli film
Rejissor Niyazi Bədəlov
Ssenari müəllifi Niyazi Bədəlov
Operatorlar Vladimir Yeremeyev
V.Şahnəzərov
İvan Manakov
Fyodor Novitski
L.Martirosov
İstehsalçı Azərfilm
İlk baxış tarixi 1938
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1938
Texniki məlumatlar 2 hissə
523 metr
35 mm
Rəng ağ-qara

Məzmun[redaktə | mənbəni redaktə et]

Film Səməd Vurğunun "Komsomol poeması"nın təsiri altında yaradılmış, burada Azərbaycan gənclərinin həyatı öz əksini tapmışdır.

Filmin əvvəlində qısa planlarda idmançıların çıxışları göstərilir. Sonra ekranda əməklə bağlı səhnələr-mədənlər, "qara qızıl" çıxaran gənclər, "ağ qızıl" ustaları, məşhur pambıqçı Manya Kərimova təsvir olunur, gənclərin sevimli şairi Səməd Vurğun "Komsomol poeması"ndan parçalar oxuyur (sinxron). Gənclik mahnıları, marşlar səslənir. Oçerk ordu sıralarına yenicə çağırılmış gənc əsgərlərin rəsmi keçidi ilə bitir.

Film haqqında[redaktə | mənbəni redaktə et]

Kinolent Azərbaycan kinosunda ümumən gənclik mövzusunda çəkilmiş ilk sənədli filmdir.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Niyazi Bədəlov
Ssenari müəllifi: Niyazi Bədəlov
Operator: Vladimir Yeremeyev, V.Şahnəzərov, İvan Manakov, Fyodor Novitski, L.Martirosov
Musiqi tərtibatı: German Krupkin
Səs operatoru: Y.Qomerov

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 56.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]