Komstok yastıcası

Komstok yastıcası unlu yastıcalar fəsiləsinə (Pseudococcinae) aiddir. Yaşlı dişinin bədəni oval formada, çəhrayı rəngdə, ağ tozvari mumla örtülmüş olur. Bədənin kənarı boyunca seqmentlərin arasından 2 sıra xırda çılpaq dəri sahələri keçir. Bədənin kənarı boyunca 17 cüt mum sap vardır. Bu sapların sonuncudan əvvəlki cütü təqribən eyni uzunluqlu ilk 15 cütdən, demək olar ki, 2 dəfə uzundur, arxa cüt isə çox vaxt bədən uzunluğunun ²/3 hissəsinə bərabər olur. Mum saplarsız bədənin uzunluğu 5.0 mm.-ə çatır.

Komstok yastıcası
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Ümumi xarakteristikası[redaktə | mənbəni redaktə et]

Çoxalması[redaktə | mənbəni redaktə et]

Temperaturdan asılı olaraq, sürfələrin yaz doğuluşu aprelin əvvəlində, kütləvi yumurtadan çıxma müşahidə edilir. Mayın əvvəlində tut yarpaqlarında ziyanvericinin ilk sürfələri görünür. İkinci nəsilə başlanğıc verən ilk yumurtaqoyan dişilər iyunun ortalarından meydana çıxmağa başlayır. İyulun əvvəlində təbiətdə 1-ci və 2-ci yaş sürfələri və erkək nimfalar təsadüf edilir. Bunların uçuşu iyulun birinci ongünlüyündə ilk mayalanmış dişilər meydana çıxır. Yastıcanın ikinci nəslini verən dişilərin yumurta qoyması iyulun sonu, avqustun əvəllində başlayır. Növbəti, üçüncü nəslin yumurta qoyması isə avqustun sonu - sentyabrın əvvəlində başlayaraq oktyabra qədər davam edir. Yastıcanın kütləvi çoxalması zamanı 1 yarpaq səthində 600-dən artıq dişi sürfəsi və erkək nimfası olur.

Yayılması və zərəri[redaktə | mənbəni redaktə et]

Azərbaycanda geniş yayılmış komstok yastıcası bir çox bitkilərin əsasən budaqlarına, zoğlarına, gövdələrinə, yarpaqlarına, köklərinə və kökmeyvələrinə yapışaraq məskunlaşır. Bu ziyanvericinin 300-dən artıq bitki növü içərisində ən sevdiyi tut ağacı və katalpadır. Əsasən cavan pöhrələrdə qidalanaraq bütöv sıx koloniyalar əmələ gətirirlər.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan heyvanlar aləmi. 2004, №2, səh. 141-142.