Kondensləşmə reaksiyaları

Kondensləşmə reaksiyaları – iki molekul və ya funksional qrupların birləşərək daha böyük molekul əmələ gətirməsi ilə gedən reaksiyalara deyilir. Kondensləşmə reaksiyaları zamanı irimolekullu birləşmə ilə yanaşı su, xlorid turşusu, metanol, ammonyak yaxud da sirkə turşusu kimi kiçik molekullar da alına bilər. Bioloji sistemlərdə gedən kondensləşmə reaksiyalarında əsasən su ayrılır.

Kondensləşmə reaksiyalarına nümunə olaraq aminturşuların kondensləşərək zülalların əmələ gətirməsini göstərmək olar. Kondensləşmə reaksiyası dəyişmə reaksiyasının bir formasıdır. Bu reaksiya nümunəsi bir növ hidrolizin əksidir. İki hissə birləşib bir kimyəvi birləşmə əmələ gətirir. Baxmayaraq ki, su molekulunun qütblərinin hərəkəti nəticəsində hidroksil və hidrogen ionları əmələ gəlir. Beləliklə, kondensləşmə reaksiyalarında kimyəvi rabitələrin yaranmasına enerji tələb olunmur. Əgər birləşmə eyni molekulların atom və ya qrupları arasındadırsa, reaksiya iri molekulyar kondensləşmə adlandırılır və çox hallarda həlqəvi formalaşma üstünlük təşkil edir. Buna nümunə olaraq Dekman kondensləşməsini göstərmək olar. Bu reaksiyada hər bir molekul kondensləşmə nəticəsində spirt qrupunu itirir və β-ketoefir forma alınır. Əksər kondensləşmə reaksiyaları nukleofil əvəzolunma və aldehid kondensləşməsi əsasında gedir. Digər kondensləşmə reaksiyaları radikal yaxud yeganə elektronunun köçürülməsi mexanizmi ilə gedir.

Kondensləşmə reaksiyalarının tətbiq sahələri

[redaktə | mənbəni redaktə et]

Kondensləşmə reaksiyalarından müxtəlif sintez sahələrində geniş istifadə olunur. Əsas sintez sahələrindən biri olan polimer kimyasında da bu reaksiyalar geniş tətbiq olunur. Polimerləşmə reaksiyalarının bir növü də kondensləşmə reaksiyalarıdır ki, bu zaman monomer və monomer zəncirləri kondensləşərək polimerləri əmələ gətirir. Buna misal olaraq poliefirlərin və neylonların sintezini göstərmək olar. Kondensləşmə reaksiyaları əsasında canlı orqanizmlərdə mühüm həyati əhəmiyyətli maddələr olan polipeptidlər, terpenlər və s. əmələ gəlir. Kondensləşmə reaksiyalarının böyük bir hissəsini tibbi kimyəvi maddələrin alınması təşkil edir. Məsələn, daş-kömür qatranının tərkibində rast gəlinən, kondensləşmə reaksiyaları əsasında yaranan çoxnüvəli aromatik karbohidrogenləri göstərmək olar. Bunlara piren (C16H10), xrizen (C18H12), perilen (C20H12), pitsen (C22H14), 1,2-benzipiren (C20H12) daxildir.

  • A. Məhərrəmov, M. Məhərrəmov, M. Allahverdiyev, "Üzvi kimya", Bakı-2004
  • S. F. Qarayev, G. M. Talıbov, A. H. Həbibova, R. Ə. Teymurova. Zərif üzvi sintezin prinsipləri (dərs vəsaiti), Bakı-1998.-120 s.