Konservasiya yağları

Konservasiya yağları — müxtəlif şəraitdə saxlanılan və ya daşınan metal məmulatların xarici və daxili konservasiyası üçün istifadə edilir. Bütün metal məmulatlar və detallar hazırlanan zaman onların korroziyadan mühafizəsi, yəni konservasiyası vacib bir məsələ kimi aktualdır.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Konservasiya və işçi-konservasiya yağları maşın və mexanizmlərin mühərriklərinin daxili konservasiya zonasından plastik sürtküləri tamamilə sıxışdırıb çıxarmışdır. Metal məmulatların daxili mühafizəsi üçün istifadə edilən və sürtküləri , işçi-yağları əvəz edən yuxarıda göstərilən sürtkü materiallarının tətbiq edilməsinin üstünlüyü aşağıdakılardır: maşın və mexanizmlərin mexaniki yeyilməsini azaldır, onların etibarlı işləmə müddətini artırır. Bu sürtkü materialları işçi yağlara nisbətən 3–5 dəfə, sürtkülərə nisbətən 6–10 dəfə üstünlüyə malikdirlər.

Tətbiq sahələri

[redaktə | mənbəni redaktə et]

Konservasiya, konservasiya-işçi və işçi-konservasiya yağları iki əsas tətbiq sahəsinə ayrılır.

  1. Bilavasitə metalemalı, maşınqayırma və başqa istehsalçı zavodlarda texnikanın hazırlanması prosesində detalların və maşın hissələrinin əməliyyatlar arası mühafizəsi üçün və eləcə də məmulatların daşınması və saxlanması dövründə konservasiyası.
  2. Texnikanın dövri və istismarı zamanı onun saxlanması.

Konservasiya (К-17, НГ-203А, Б, Кормин) eləcə də konservasiya-işçi yağları АКОР-1 və КП aşqarları ilə avtomobil, traktor, cihazqayırma, dəzgahqayırma, gəmiqayırma, aviasiya, kənd təsərrüfat maşınqayırma zavodlarında hazır məmulatların əməliyyatlar arası konservasiyası və mühafizəsi üçün geniş istifadə olunur. Mühafizəedici yağ, məmulatın üzərinə onu yağa batırmaqla və yaxud yağı pulverizator vasitəsilə məmulatın üzərinə vurulur. Mühərriklərin və ya mexanizmlərin karterinə mühafizəedici yağ doldurulur və qısa müddətdə işlədilir.və bu zaman konservasiya yağı mexanizmin hissələrinin səthinə yayılır, bu da iş prosesində yağlanmayan hissələrin mühafizəsini təmin edir. Bundan sonra qaydaya görə konservasiya və konservasiya-işçi yağları mühərrikdən boşaldılır. Texnikanın konservasiya yağı ilə qısa müddətli olsa belə istismarına icazə verilmir.

К-17 (ГОСТ 10877–76) – Aviasiya МС-20 və transformator Т-1500 yağlarının qarışığına oksidləşdirilmiş petrolatum, СКБ-45 kauçuku, ПМСЯ sulfonat aşqarı , ЦИАТИМ-339 və difenilamin əlavə edilməklə К-17 konservasiya yağı hazırlanır. К-17 konservasiya yağı metal məmulatların uzun müddətli (5 il və yuxarı) konservasiyası üçün, o cümlədən qara və rəngli metallardan hazırlanmış ehtiyat hissələri üçün tətbiq edilir. Daxili yanma mühərrikləri konservasiya edildikdə onlardan ştat yağı boşaldılır əvəzinə К-17 konservasiya yağı doldurulur.

Кормин (ТУ 38 1011159–88) – Kənd təsərrüfat maşınlarının və onların ehtiyat hissələrinin, eləcə də dəzgahalət və maşınqayırma sənayesi üçün qara, rəngli metal və onların ərintilərindən hazırlanmış məmulatların xarici səthini atmosfer korroziyasından mühafizə etmək üçün tətbiq edilir. Mühafizə ediləcək səthə yağ 80–1000 °C temperaturda fırça ilə və ya yağa batırılmaqla sürtülür. Кормин (mühafizəedici təbəqə) ilə örtülmüş məmulatlar 1 il ərzində atmosferin bilavasitə təsirindən yaxşı mühafizə olunur.

НГ-203 (ГОСТ 12328–77) – iki markada buraxılır : 1. НГ-203А-kalsium sulfonatın yağda məhlulu və oksidləşmiş petrolatum ; 2. НГ-203Б — НГ-203А ilə transformator yağının qarışığıdır. Qara və rəngli metallardan hazırlanan məmulatların konservasiyası üçün tətbiq edilir.

AzK-18 – konservasiya yağı

[redaktə | mənbəni redaktə et]

AzK-18 – konservasiya yağı AMEA Aşqarlar Kimyası İnstitutunun əməkdaşları tərəfindən yaradılmışdır. Bu konservasiya yağı pambıq yağı istehsalında yaranan tullantı-soapstokdan alınan yağ turşularının qarışığından və AK-15 baza yağından alınmışdır. AzK-18 konservasiya yağı maşın və mexanizmlərin ehtiyat hissələrini uzun müddət rütubət və aqressiv qazlar olan mühitdə korroziyadan mühafizə edir. AzK-18 konservasiya yağı uzun müddət "Bakı yastıq zavodu"nda müvəffəqiyyətlə tətbiq edilmişdir.

İşçi-konservasiya yağları

[redaktə | mənbəni redaktə et]

İşçi-konservasiya yağları tərkibində korroziyaya qarşı aşqarlar və paslanmaya qarşı mühafizəedici inhibitorlar saxlayan yağlar olub, texnikanın saxlanılması, daşınması, dövrü və daimi istismarı üçün təyin edilmişdir. Müasir işçi-konservasiya yağları çox yüksək səviyyədə antikorroziya və başqa funksional istismar xassələrinə malikdir. İşçi-konservasiya yağlarının mühafizəedici xassəsi qaydaya görə, konservasiya və ya konservasiya-işçi yağlarına nisbətən bir qədər aşağıdır. Ancaq işçi-konservasiya yağlarında mühafizəedicilik xassəsi işçi yağlarına nisbətən yuxarıdır. Bu da metalları uzun müddətə müxtəlif şəraitlərdə mühafizə etməyə imkan varir. Müasir motor və transmissiya yağları maşın və mexanizmlərin normal istismar tələblərini təmin edir və yeyilməni azaldır. Texnikanın daha uzun müddət saxlanılmasını təmin etmək üçün yağlara başqa aşqarlarla yanaşı xüsusi korroziya inhibirorları əlavə etmək lazım gəlir, yəni işçi-konservasiya yağı yaradilir ki, bu da detalları korroziyadan, mexaniki yeyilmədən 10–15 il müddətinə mühafizə etməyə imkan verir. İşçi-konservasiya yağları ən yüksək keyfiyyətli işçi-yağlara nisbətən mexaniki yeyilməni daha çox aşağı salır. Bunun əsas səbəbi işçi-konservasiya yağına əlavə edilən aşqarlarla korroziya inhibitorlarının birgə təsiri ilə əlaqədardır. Yağda, düzgün seçilmiş səthi aktiv maddələr olduqda bu, detalları müxtəlif növ yeyilmədən mühafizə edir. Aşağıda keçmiş Sovetlər İttifaqında mövcud olan işçi-konservasiya yağlarının bir neçə nümayəndəsi verilmişdir :

М-8Ги (ТУ 38 101148–75) – bu işçi-konservasiya yağından " ЖИГУЛИ " markalı avtomobillərin daimi və dövri istismarında, həmçinin saxlanılmasında istifadə edilir.

ТМ-5–12рК (ТУ 38 101844–80) – bu işçi-konservasiya yağı müxtəlif növ avtomobillər üçün bütün mövsümlərdə işlədilən vahid transmissiya yağıdır.

КРМ (ОСТ 38 01391–85) – bu işçi-konservasiya yağı havada temperatur −50 +500 °C olduqda atıcı silahların istismarı və konservasiyası üçün təyin edilmişdir. Bundan bütün mövsümlərdə istifadə olunur. РЖ və ВО sürtkülərinə nisbətən daha effektli mühafizəedici işçi-konservasiya yağıdır.

МС-8рК (ОСТ 38 01387–85) – bu aviasiya işçi-konservasiya yağıdır. Aviasiya qaz turbin mühərriklərinin istismarı və konservasiyası üçün təyin edilmişdir. Çox yüksək istismar və konservasiya xassələrinə malikdir.

  1. Топлива, смазочные материалы, технические жидкости // Справочное издание под редакцией В. М. Школьникова
  2. Fərzəliyev V. M., Əliyev Ş. R., Babayi R. M., Quliyeva Q. M. Konservasiya yağı //Azərbaycan patenti, İ20110065