Konsorsium

Konsorsium (lat. consortium — ortaqlıq, cəmiyyət) — kommersiya iştirakçılarının təşkilati-hüquqi formalarından biridir. Müxtəlif müstəqil şirkətlər tərəfindən hər hansı iri layihənin icrası məqsədilə müvəqqəti olaraq yaradılır.

Konsorsium son zamanlar inhisarın daha geniş yayılmış bir formasıdır. Bu forma bir qayda olaraq irimiqyaslı layihələrin həyata keçirilməsi üçün yaradılır. O, maliyyə, ticarət, texniki və ya başqa səbəblər üzündən bir neçə iştirakçıların qüvvəsini birləşdirməyi tələb edir. Konsersium iştirakçıları həm şəxsi, həm də dövlət təşkilatları və dövlətlər ola bilər. Konsersium iştirakçıları tam müstəqillik saxlayır. Birgə seçilmiş rəhbərliyə tabe olurlar. Hazırda Azərbaycanda neft müqavilələri üzrə neftin hasili və nəqli ilə əlaqədar Azərbaycan Beynəlxalq Əməliyyat ŞirkətiŞimali Abşeron Əməliyyat Şirkəti yaradılmışdır. Bu konsorsiumların yaradılmasında xarici ölkələrin neft maqnatları da iştirak edir.