Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İmparator Böyük Konstantin, Licinius üzərində qazandığı böyük qələbədən sonra, indi Roma İmperatorluğunun yeni paytaxtı olacaq “Yeni Roma”nın inşasına başlamalı olduğunu düşünürdü. Bu mövzuda müxtəlif şayiələr və əfsanələr olmasına baxmayaraq, sadə bir hekayə ilə bunu izah etsək; 8 Noyabr 324-də əlinə nizə götürərək, qədim Bizantion şəhərinin şərq ucundan 4,5 km uzaqlaşdığı nöqtədən Mərmərə dənizi ilə Qızıl buynuz arasındakı 7 təpəni əhatə edərək geriyə qayıtmışdır. “Yeni Roma”nın, yəni daha geniş yayılmış adı ilə “Konstantinopol”un sərhədlərini, əlindəki nizə ilə keçdiyi yerləri işarələyərək müəyyənləşdirdi. Bu sərhədlərə əsaslanaraq burada yeni şəhərin sütunları tikildi və kiçik bir hissəsi bu gün də qalmış divarlara “Konstantin Divarları” deyilir.