Konstantinopol döyüşü (378)

Konstantinopol döyüşü — 378-ci ildə Şərqi Roma imperiyasının paytaxtı Konstantinopol şəhərində qotlar ilə Şərqi Roma qüvvələri arasında baş tutmuş döyüş. Bu, qotların Adrianopol döyüşündəki qələbəsindən sonra növbəti həmləsi idi. İmperator II Valentin dul arvadı müdafiə istehkamlarını hazırlamış, həm də şəhəri döyüşdə əla çıxış edən ərəb döyüşçüləri ilə möhkəmləndirmişdi.[1][2][3] İddialara görə, ərəb döyüşçülərindən birinin şəhərdən çılpaq şəkildə çıxması, düşmənləri qırması və başı kəsilmiş qotun boynundan qan içməsi qotları heyran etmişdi.[2][3] Digər mənbələr, qotların sayca azlıqda qaldıqları üçün hücumdan əl çəkdiyini iddia edirlər.[4][5]

Konstantinopol döyüşü
Tarix 378
Yeri Konstantinopol
(indiki Türkiyənin İstanbul şəhəri)
Nəticəsi Romanın qələbəsi
Münaqişə tərəfləri

Qotlar

Şərqi Roma imperiyası

Sonda qotlar şəhərə girməmiş, Frakiya, İlliriyaDakiyaya geri çəkilməli olmuşdular.[6]

  1. Jan Retso. The Arabs in Antiquity: Their History from the Assyrians to the Umayyads. Routledge. 4 July 2013. 518–. ISBN 978-1-136-87282-2. 25 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 August 2013.
  2. 1 2 Alexander Van Millingen. Constantinople Painted by Warwick Goble. Library of Alexandria. 15–. ISBN 978-1-4655-2780-6. 25 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 August 2013.
  3. 1 2 John Marincola. A Companion to Greek and Roman Historiography. John Wiley & Sons. 9 February 2009. 548–. ISBN 978-0-470-76628-6. 25 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 August 2013.
  4. Alexander Van Millingen. Byzantine Constantinople: The Walls of the City and Adjoining Historical Sites. Cambridge University Press. 31 October 2010. 40–. ISBN 978-1-108-01456-4. 25 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 August 2013.
  5. Stephen Turnbull. The Walls of Constantinople AD 324-1453. Osprey Publishing. 21 August 2012. 5–. ISBN 978-1-78200-224-6. İstifadə tarixi: 19 August 2013.[ölü keçid]
  6. Jane Penrose. Rome and Her Enemies: An Empire Created and Destroyed by War. Osprey Publishing. 2005. 269–. ISBN 978-1-84176-932-5. İstifadə tarixi: 19 August 2013.[ölü keçid]