Konstruksiyaemə

Konstruksiyaetmə - texniki problemlər üçün təbiət elmlərindən məlum olan biliklər əsasında verilmiş material, texnoloji və iqtisadi məhdudiyyətlər daxilində optimal həll yollarını tapmaq üçün görülən əqli və yaradıcılıq fəaliyyəti. Konstruksiyaetmə fəaliyyəti məhsulun formasını və onun iqtisadi səmərəliliyini təyin edən başlıca amildir.

Konstruksiyaetmənin dörd növü vardır:

  • Yeni konstruksiyanın yaradılması: yeni, dəyişilmiş və ya yeni tapşırığa uyğun verilmiş sistem üçün həll prinsipinin işlənməsi,
  • Konstruksiyanın uyğunlaşdırılması: məlum texniki sistemin malik olduğu quruluşda başqa tapşırığa uyğunlaşdırılması.
  • Konstruksiya variantların yaradılması: verilmiş texniki sistemin ölçülərini və quruluşunu dəyişməklə yeni variantların yaradılması. Funksiya və həll konsepti qalır.
  • Konstruksiyanın prinsipinin dəyişdirilməsi: bu, variant layihələndirilməsinin xüsusi halıdır. Texniki sistemin quruluşu saxlanılaraq yalnız onun müəyyən elementlərinin ölçüləri dəyişdirilir.

Konstruksiyaetmə prosesi sintez, nəzarət və seçmə mərhələlərindən təşkil olunur. Konstruksiyaetmə prosesini transaparent və anlaşılan formada təsvir etmək üçün standartlaşdırılmış konstruksiya üsullarından istifadə edilir.

  • Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.