Kontinental damcı

Dünyanın klassik xəritəsində (şimal yuxarıda olmaqla) qitə qurularının cənub ucları aşağıya doğru "damcılayırmış" kimi görünür.

Kontinental damcı — cənuba istiqamətlənmiş relyef formalarının şimala istiqamətli relyef formalarından daha çox və gözəçarpan olmasının müşahidəsi. Məsələn, Afrika, Cənubi Amerika, Hindistan yarımqitəsiQrenlandiya cənuba doğru bir nöqtəyə qədər daralır.

Müşahidə Ormond de Key tərəfindən 1973-cü ildə "sadəcə xəritələrə baxmaqdan irəli gələn, Yer kürəsini sarsıdan başqa bir yeni nəzəriyyə" kimi təqdim etdiyi sarkastik bir nəşrdə edilmişdir. Bu, hazırda hərtərəfli qəbul edilən Yer qitələrinin hərəkətini təsvir etmək üçün o dövrdə formalaşdırılan və təkmilləşdirilən plitə tektonikası nəzəriyyəsini satirikləşdirirdi. Qitədən daha kiçik damcıların nümunələrinə Kaliforniya yarımadası, Florida, Yutlandiya istisna olmaqla, bütün Avropa yarımadaları, eləcə də Cənub-Şərqi Asiya, Malay yarımadasıHind-Çini daxildir.[1]

  1. de Kay, Jr., Ormonde. Continental Drip // Weber, Robert L. (redaktor). More Random Walks in Science. CRC Press. 1982. 201–203. ISBN 978-0854980406..

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]