Konuşin burnu (rus. Конушин) — Rusiya, Arxangelsk vilayəti, Nenets Muxtar Dairəsi ərazisinə daxil olan, Kanin yarımadasında yerləşən burun. Burun Volosova çayı mənsəbindən 6,7 mil cənubda yerləşir. Ağ dənizə daxil olan Mezen körfəzi sahillərini yuyur. Öz növbəsində hündürlüyü 50 metrə çatan bir tirənin dənizə aşılan bir çıxıntısıdır. Burundan şimaldakı sahillər Kanin sahili, cənubdakı sahillər isə Konuşin sahili adlanır[1]. Əsasən qumlu-gilli suxurlardan təşkil olunmuşdur. Burundan şimalda dəniz sahili nisbətən hündür və sərtdir. Cənubda doğru isə hündürlük azalır. Burunda Konuşinski mayakı quraşdırılmışdır.
Konuşin burnu | |
---|---|
Yerləşməsi | |
67°12′40″ şm. e. 43°48′00″ ş. u.HGYO | |
Akvatoriya | Ağ dəniz |
Ölkə | Rusiya |
|
Burun sahilinə yaxın ərazidə dərinliyi 5 m, eni isə 3 mil olan dayazlıq vardır. Burundan cənub-qərbdə bir necə adacıq vardır.