Kopaonik (dağ)

Kopaonik (alb. Kopaoniku; serb. Копаоник) — Mərkəzi SerbiyaKosovo ərazisində yerləşən dağ massivi. Kopaonik Raşka və Rasin vilayətlərini əhatə edir.

Kopaonik
Pançiça zirvəsi qışda
Pançiça zirvəsi qışda
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2017 m
Eni 63 km
Sahəsi 2700 km²
Süxurları qranit, şist
Yerləşməsi
43°16′09″ şm. e. 20°49′21″ ş. u.
Ölkələr
Kopaonik xəritədə
Kopaonik
Kopaonik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Kopaonik Serbiyanın ən böyük və uzun dağ masivvi hesab olunur.[1] Massivin uzunluğu - 120 km, eni - 63 km, ən yüksək zirvəsi isə Pançiça Pikidir (2017 m). Dağ massivi kristallik şist, qranit və serpentinit tipli süxurlardan təşkil olunub.[2] Massivin sahəsi - 2700 км²-dir. Kapaonikin mərkəzi hissəsində sahəsi 118 km² olan eyni adlı milli park yerləşir. Park 1981-ci ildə qurulmuş. Massiv özündə Kopaonik, Zeljin, Goç və Stolovi dağlarını birləşdirir.[1]

Ərazidə orta illik temperatur - +3,7 °C olur. Bu da Serbiyanın orta illik temperaturundan aşağıdır. İlin 200 günü günəşli keçir, illik yağıntı miqdarı 1000 mm-dən yüksəkdir. Qar örtüyü noyabr ayından may ayına qədər qalər (160 gün).

Flora və faunası

[redaktə | mənbəni redaktə et]

Dağlarda bir neçə endemik bitki növü mövcuddur - Sempervivum kopaonicense, Cardamine PanciciiViola kopaonicensis. 1500-1600 metr yüksəklikdə dağ yamacları palıd, fıstıq, şamküknar meşələri ilə örtülüdür. Daha yuxarı hissələrdə isə alp çəmənlikləri yerləşir. Çəmənliklər yay aylarında yaylaq kimi istifadə olunur. Massivin faunasında daha çox şahin (Falco peregrinus), berqut (Aquila chrysaetos), yapalaq (Bubo bubo), çöl pişiyi (Felis silvestris) və avropa cüyürü (Capreolus capreolus) diqqəti cəlb edir.

Kopaonik Milli Parkı

[redaktə | mənbəni redaktə et]

1981-ci ildə yaradılmış milli park ərazisi zəngin iqlim, meşə və s ehtiyatlarına malikdir. Ümumi sahəsi 12 000 hektar olan park enliyarpaqlı və iynəyarpaqlı meşələrlə zəngindir. Park 1700 metr yüksəkliyə qədər, nisbətən yastı əraziləri əhatə edir.[1] Park daxilində müxtəlif termal bulaqlara rast gəlinir (36—78 °C). Serbiyanın ən hündür şəlaləsi olan Elovarnikdə (70 m) bu bölgədədir.[3]

Kopaonik ölkənin ən böyük qış turizm mərkəzidir. İdman və istirahət Kopaonikdə turizmin əsas istiqamətidir. Xizəksürməsnoubordinq həvəskarlarının sevimli məkanı olan Kopaonikdə həm də, digər idman növləri də populyardır. Bölgədə onlarca mehmanxana, kafe, bar turistlərin xidmətindədir.

  1. 1 2 3 Ristanović, Slobodan. Kroz Srbiju i Crnu Goru. КСЕ-НА. 2005. 367-.
  2. Kopaonik - Böyük Sovet Ensiklopediyası
  3. "National Park Kopaonik". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-23.