"Kopenhagen" (dan. Football Club København) — Danimarkanın eyniadlı paytaxtının futbol klubu.
Kopenhagen FK | |||
---|---|---|---|
F.C. København | |||
Klubun tam adı | Football Club København | ||
Ölkə | Danimarka | ||
Ləqəb(lər) | Şirlər | ||
Rəng(lər) | goy | ||
Yaranma tarixi | 1992 | ||
Stadionu | Parken | ||
Tutumu | 38065 | ||
Liqa | Superliqan | ||
2023-24 | 3. | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Klubunun əsası 1 iyul 1992-ci ildə qoyulmuşdur[1].
2017-ci ilə qədər 12 dəfə ölkə çempionu, 6 dəfə Danimarka çempionatının ikincisi olmuş; 8 dəfə ölkə kubokunu, 1 dəfə Danimarka Liqa Kubokunu, 3 dəfə isə Superkubokunun qalibi adını qazanmışdır[1].
"Şirlər" ləqəbini daşıyan komanda ev oyunlarını 38065 nəfərlik tutumu olan "Telia Parken" stadionunda keçirir[1].
Klubun prezidenti Bo Riqard, baş məşqçisi isə 2013-cü ildən norveçli mütəxəssis Stole Solbakkendir[1].
"Kopenhagen" 2017-ci ilə qədər 4 dəfə Çempionlar Liqasının (2006/07, 2010/11, 2013/14, 2016/2017) qrup mərhələsində çıxış edib[1]. Komanda bunlardan birində 1/8 finala adlasa da, daha da irəli gedə bilməyib[1].
6 dəfə isə Avropa Liqasının (2007/08, 2008/09, 2009/10, 2011/12, 2012/13, 2014/15) qrup mərhələsində oynayıb. Bundan əlavə, 1 dəfə Çempionlar Liqasının qrupunda 3-cü yeri tutaraq, Avroliqaya düşmüş və həmin turnirdə 1/8 finala qədər irəliləmişdir[1].
2017/2018 mövsümündə UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayan "Kopenhagen", Sloveniyanın "Jilina" (3:1, 1:2), ardınca isə Makedoniyanın "Vardar" (0:1, 4:1) klubunu mübarizədən kənarlaşdırsa da, pley-off mərhələsindəki rəqibi Azərbaycan çempionu "Qarabağ"-a (0:1, 2:1) iki oyunun nəticəsinə görə məğlub oldu[1].