Koqbetlievin gəlirli binası - Rostov-na-Donu şəhərinin ərazisində, Svoboda meydanında yerləşən bina. Bina 1912-cı ildə inşa edilmişdir. Koqbetlievin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir[1].
Koqbetlievin binası | |
---|---|
rus. Доходный дом Когбетлиева | |
47°13′47″ şm. e. 39°46′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Tikilmə tarixi | 1912 |
Memar | Nikolay Nikitiç Durbax |
Vikianbarda əlaqəli mediafayllar |
Ünvan: Rostov-na-Donu ş. Svoboda meydanı, 8.
XIХ əsrin sonları ХХ əsrin əvvəllərində arxitektor Nikolay Nikitiç Durbax Rostov-na-Donu, Azov və Mariupol şəhərlərinfə ysşayış binaları inşa etmişdi. Elə bu illərdə şəhərdə Koqbetlievlər yaşayırdı. Koqbetlievlər Naxçıvan-na-Donu şəhərində tanınmış ailələrdən idilər. Adrias Koqbetliev qohumları Yekaterina meydanında, I Qeorqievski küçəsi, 18-ci xəttdə evlərə sahibbidilər. Onların böyük əksəriyyəti teatr sənətinə maraq göstərirdilər. Onlar həm də Naxçıvan-na-Donu mesenant hesab edilirdi.
1909-ci ildə Andrias Koqbetliev yaşayış sahəsi üçün ərazi alır. O, burada kərpiçdən çoxmərtəbəli bina tikməyə qərara alır.
Yeni binanın layihəsini Nikolay Nikitiç Durbax hazırlamışdır. Bina zirzəmili binadır. Zirzəmidə ticarət obyekləri yerləşirdi. Pəncərələri çuqundan ibarət məhəccərlərlə qorunur. Binanın digər hissələrində isə onun sahibi və ailəsi yaşayır. 1916-cı ildə binanın sahibi müəyyən müddətə Petr Abramyan olur. Sovet hakimiyyəti qurulduqdan sonra bina milliləşdirilmişdir. 1920-ci ildən bina yaşayış binası kimi istifadə edilir.
Gəlirli bina Svoboda meydanının ən götməli yerlərindən biridir. Böyük Vətən müharibəsi dönəmində binanın fasadı dəyişikliyə uğramamışdır. Bununla belə binanın pilləkənləri uçulmuş, attika elementəri isə qopmuşdur. Bina yenidən bərpa edilmişdir. Ancaq öz ilkin görünüşünü qoruya bilmişdir. Hazırda binada Kvadro-Lojistik şəhər şirkəti yerləşir.
İki mərtəbədən ibarət olan binanın əsas fasadı Puşkinskaya küçəsinə baxır. Binanın üfüqi bölgüsü dartma əlaqəsi vasitəsilə təmin olunur. Pəncərələrin kənarları bəzək elementləri ilə bəzədilmişdir. İkinci mərtəbədə dekorativ dəmir məhəccərli eyvan vardır. Bina iki mərtəbədən ibarət olsa da, zirzəmiyə sahibdir. Burada kiçik nəfəslikləri xatırladan pəncərələr mövcuddur.