Koreka (Koraka və ya yerli dialektdə Korika) — İtaliyanın Kalabriya regionunun Kozentsa vilayətinin Amanteya kommunasında fraksiya.
Koreka | |
---|---|
39°05′04″ şm. e. 16°05′15″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 8 m[1] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +39 0982 |
Poçt indeksi | 87032 |
Vikianbarda əlaqəli mediafayllar |
Korekanın qərbində Tirren dənizinin cənub hissəsi, cənubunda, Kampora San Covanni fraksiyası ilə sərhəddin başldığı yerdə isə Amanteya şəhəri yerləşir. Ərazisi əsasən qayalı burundan ibarətdir və şəhərin mərkəzi hissəsi düzənlikdə yerləşir. Fraksiyanın ərazisinə həm də dağlıq sahə və geniş çimərliklər daxildir. İqlim yumşaq və rütubətli qışla və günəşli günləri çox olan isti, quru və küləkli yayla xarakterizə olunan tipik Aralıq dənizi iqlimidir.
Korekada və yaxınlıqdakı Kampora San Covannidə əsas gəlir mənbəyi 1960-cı illərdən populyar olan gözəl mənzərəli sahil xəttinin hesabına formalaşmış turizm və mehmanxana sektorudur. Həmçinin, ərzaq, mebel və avadanlıqlar istehsal edilən bəzi kiçik sex və fabriklər də fəaliyyət göstərir.
2017-ci ildən bəri Korekanın ərazisinə aşağıdakı kəndlər daxildir:
|
|
|
1964-cü il oktyabrın 1-də Bizim mələklər anasına həsr edilmiş Koreka kilsəsinin tikintisinə başlanmış və 1965-ci ildə başa çatdırılmışdır. Kilsə müasir, lakin mülayim tərzdədir və 65 nəfər yerləşə bilir. Hər il 22 avqustda, şəhərin qoruyucu müqəddəsinin anım günündə mərkəzi küçələrə gedən yürüş keçirilir.
2 aprel 2003-cü ildə qəbul edilən bələdiyyə qətnaməsi əsasında 5 may 2005-ci ildə bölgədə yay dövründə tədbirlərin keçirilməsi üçün mərkəzi meydanın tikintisinə başlandı. Meydan 2015-ci ildə yaxınlıqdakı kiçik kilsənin adına uyğun olaraq Mələklər Madonnası meydanı adlandırıldı, həmçinin Bizim mələklər anasının kiçik heykəli yerləşdirildi. Meydan 2013-cü ildən etibarən bir yerli turizm cəmiyyəti tərəfindən istifadə edilir və təmizlənir.
Qədim Temesanın dəmir şaxtaları yerli əhəmiyyətə malikdir. İkinci Dünya Müharibəsi dövründə onlar yerli sakinlər tərəfindən sığınacaq və ingilis-amerikan əsgərləri tərəfindən isə anbar kimi istifadə edilmişdir. Sonrakı dövrdə mağaralar 2000-ci illərin əvvəllərinə qədər Milad və Pasxa şənlikləri üçün istifadə edilmişdir.
Koreka qülləsi Tuvulo təpəsinin yamaclarında, Koreka kəndinin şimalında yerləşir. Birinci mərtəbəsi qismən dağılmış bu qüllə tarixi əhəmiyyətə malikdir. Bu abidə əsrlərin sınağından çıxmış və ərəblərin, normanların, bölgənin müxtəlif idarəçilərinin, İkinci Dünya müharibəsi illərində isə nasist və ardınca ingilis-amerikan qoşunlarının nəzarətində olmuşdur. Turriellaya Tonnara yolu ilə şimal istiqamətində və Marinelladan cənub istiqamətində gəlib çatmaq mümkündür.