Koreyalıların batil inancları

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Batil inanc, məntiqi bir təmələ söykənməyən inanc və davranışlara deyilir. Müasir həyatda belə batil inanclar həddən artıq çoxdur. İnsanlar həyatın mühüm məqamlarında inancların uğur və ya pislik gətirəcəyinə inanır. İnancını sınayıb fikrini dəqiqləşdirənlər də olur, ona, həqiqətən, düşüb-düşmədiyini yoxlamadan kor-koranə inananlar da.Hər bir insanın inancı fərqlidir. Hətta bir çox insanlar belə düşünür ki, inandıqları və sınadıqları inancları bilə-bilə pozmaq gələcək hər hansı bir mənfi hadisəyə hazır olmaq üçün bir işarədir. Hər bir xalqın özünəməxsus adət-ənənələri olduğu kimi inancları da mövcuddur.

Koreyalıların batil inancları[redaktə | mənbəni redaktə et]

"4" rəqəmindən qorxu.Bu batil inancının açılışı çox sadədir.Belə ki, bir çox Asiya ölkələrində "4" rəqəminin deyilişi "ölüm" sözünün deyilişi ilə çox oxşardır.Koreya dilində "ölüm" 死 사 (sa)-dır və "4" rəqəmini bildirən 四 사 (sa) ilə tamamilə eyni səslənir.Məhz bu iki sözün oxşarlığına görə koreyalılar onlardan qaçmağı üstün tuturlar.Məsələn, Koreyanın köhnə çoxmərtəbəli binalarının liftində "4" rəqəminin olmamasını görə bilərsiniz.Həmin rəqəm F hərfi ilə işarə olunur.Həmçinin xəstəxanalarda yaxud digər müəssisələrdə "4" rəqəmi ilə işarələnən mərtəbə tapa bilməyəcəksiniz.O ya 5-ci mərtəbə olaraq yaxud da F hərfi ilə qeyd olunacaq.

Gecə fit çalma!Bu inanca görə axşam yaxud gecə fit çalmaq olmaz.Digər xalqlarda bu inanc "fit çalma!-pul olmaz" deyə məna verirsə əgər, Koreyada bu inancın mənası tamamilə başqadır.Koreyalılar inanırki, əgər fit çalınsa onun səsinə ya pis ruhlar ya da ilanlar gələ bilər.Pis ruhların fit səsinə gəlməsi barəsində dəqiq məlumat olmasa da ilanların fit səsinə gəlməyəcəyini dəqiqliklə demək olar.Belə ki, ilanlar tamamilə kardır.Halbuki, koreyalıların yanında fit çalmaq istəsəniz onlar bunu etməyə qoymayacaqlar.

Yatarkən işlək sərinkeş.Koreyalalıların fikrincə gecə yatdığınız otaqda sərinkeşi yanmış vəziyyətdə qoymaq olmaz çünki o öldürə bilər.Bu təbii ki cəfəngiyyatdır,lakin,Koreyada bu batil inanc məşhurlaşmışdır.Bu bir çox koreyalıların öz qohum və yaxud ailə üzvlərinin ölmüş vəziyyətdə sərinkeş yanan otaqda tapılması ilə bağlıdır.Buna görə də istehlakçılar sərinkeşə avto sönmə funksiyasını əlavə etmişlər.

Yuxuda donuz görmə.Bir çox asiya ölkələrindəki kimi yuxuda donuz gormək böyük miqdarda pul gəlirinin olması mənasıni bildirir.Belə ki, donuz onlara görə çiçəklənmə xoşbəxtlik rəmzi olduğu üçün yuxuda donuz görmə gəlir ve uğurun gəlməsini bildirir.Hətta koreyalıların əksəriyyəti yuxuda donuz gördükdən sonra lotereya bileti alırlar.

Stulda oturarkən ayağı yelləmək.Koreyalıların fikrincə stulda oturarkən ayağı yelləmək olmaz.Çunki belə uğuru qova bilərsiz.Koreyalıların əksəriyyəti bu batil inancı təsdiqləsə də müasir koreyalı gənclər buna inanmırlar.

Gecə dırnaq kəsmək.Koreyalılar düşünürlər ki,gecə dınaq kəsmək və xüsusilə də kəsilmiş dınaqları çölə atmaq olmaz.Koreyalılar bu inanca riayət edirlər çünki onların fikrincə gecə paranormal qüvvələr aktivləşir və cadular həmin vaxt rituallar yerinə yetirirlər.Dırnaqların çölə atılmasına gəldikdə isə həmin cadular atılmış dırnaqları tapıb onları rituallarında istifadə edərək həmin insanlara bədbəxtlik gətirirlər.Həmçinin kəsilmiş dırnaqları yerdə qoymaq olmaz.Çünki siçanlar həmin dırnaqları yeyərək həmin insanın cildinə girərək onun ruhunu oğurlaya bilər.

Uşağın üstündən keçmək.Uzanmış üstündən tullanmaq ve yaxud keçmək olmaz yoxsa o böyüməyəcək.

Yatmış insanın başının üstündən keçmək.Koreyalıların əksəriyyəti keçmiş adət-ənənələrinə görə döşəmədə yatırlar.Koreyalılara görə yatmış insanın başının üstündən keçmək ölümə səbəb ola bilər.Bu inanc onunla izah olunur ki,ancaq cəsədin başının üstündən rituallar apararkən keçmək olar.

Qırmızı rənglə ad yazmaq.Koreyada adı qırmızı rənglə yazmaq xüsusilə də öz adını yazmaq qəti qadağandır.Koreyada qırmızı rəng qan rəmzini bildirdiyi üçün qırmızı rəng ilə adı yazılan insan ölə bilər.Əgər Koreyaya getsəniz kiminsə öz adını qırmızı rəng ilə yazdığını gorə bilməzsiniz.

Ad günündə yosunlardan hazırlanmış sup (미역국).Koreyada ad günü olan şəxs üçün yosundan sup hazırlanır.Lakin yosunlardan hazırlanmış supu imtahandan qabaq yemək qadağandır.Beləki koreyalıların fikrincə imtahandan kəsilə bilərsiz.

Pis ruhu qovmaq üçün duz və yaxud qırmızı lobya atılması.Koreyalıların fikrincə insanın üstünə duz və yaxud lobya atılarsa onlardan pis qüvvələri uzaqlaşdırmaq olar.Həmçinin koreyalılar pis ruhların özlərinə də duz və ya qırmızı lobya ataraq onları məhv etdiklərini düşünürlər.

Əlavələr[redaktə | mənbəni redaktə et]

Koreyanın yüksək reytinq toplamış Hwayugi:Korean Odyssey (화유기) dramasında qırmızı lobya atılması ilə pis ruhun qovulması səhnəsi göstərilmişdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Miyeok-guk.jpg 산수귀문전.jpg

İstinadlar[redaktə | mənbəni redaktə et]