Korinf körfəzi (yun. Κορινθιακός κόλπος) — Yunanıstanda İoni dənizinin dərin dar körfəzi. Körfəz şimalda Mərkəzi Yunanıstan və cənubda Peloponnes yarımadası arasındadır.
Korinf körfəzi | |
---|---|
Yerləşməsi | |
38°12′ şm. e. 22°30′ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Patraikos və Korinf körfəzi arasında Evrip boğazındakı cərəyana bənzər, lakin daha zəif, saatda cəmi 3–4 kilometr olan qabarma axını var. Korinf körfəzi asimmetrik tektonik hövzə sayılır.[1] Körfəz boyu zəlzələlərin episentrləri qırılmaların seysmik aktivliyini göstərir. Buxta Avropanın seysmik cəhətdən ən təhlükəli ərazilərindən birində yerləşir. Korinf körfəzi aşağıdakılarla əhatə olunmuşdur: şimalda Etoliya və Akarnaniya və Fokida, şimal-şərqdə Beotiya, şərqdə Qərbi Attika, cənub-şərqdə və cənubda Korinfiya və cənub-qərbdə Axeya.