Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Xeroneya döyüşündən sonra II Filipp Cənubi Yunanıstana yürüş etdi. Sparta istisna olmaqla, bütün Peloponnes ittifaqı şəhərləri Makedoniya çarının hakimiyyətini qəbul etdilər. Filipp hər bir şəhər ilə ayrı-ayrılıqda müdafiə və hücum haqqında ittifaq bağladı. Bu ittifaqın əsasında hər bir şəhərin muxtariyyətini və azadlığını qorumaq dayanırdı. Məsələlərin həll edilməsi üçün Filipp bütün yunan şəhərlərinin marağında olan e.ə 338-ci ildə Korinfdə ümumyunan yığıncağını - Korinf konqresini (sinedrion) çağırdı. Konqresə Spartadan başqa bütün yunan dövlətləri dəvət edildi. Konqresə rəhbərliyi Filipp özü edirdi. Konqress Yunanıstanda müharibənin qurtarmasını həll edirdi.Yunan dövlətlərinin parçalanmasının qarşısını almaq üçün Makedoniyanın rəhbərliyi ilə və Makedon çarının hakimiyyəti altında ümumyunan federasiyasının yaradılması nəzərdə tutulurdu. Birləşdirilmiş dövlətlərlə Makedoniya çarı arasında müdafiə və hücum məsələləri haqqında ittifaq bağlanılırdı. Çarın əleyhinə çıxan və onun düşmənlərinə yardım edən hər bir dövlət, hər bir yunan ciddi şəkildə cəzalandırılırdı. Panellin ittifaqı təsis olunur. Konqres mülkiyyətin müsadirə olunmasını, torpaqların yenidən bölünməsini, borcların ləğv edilməsini, siyasi məqsədlər üçün qulların azad edilməsini qadağan edirdi. Yunan dövlətləri arasında bütün mübahisəli məsələlər baxılmaq üçün amfiktoniya məhkəmələrinə verilirdi. Amfiktoniya kollegiyalarının başında Filipp dururdu. Şəhər konstitusiyasına dəyişiklik etmək, mülklərin müsadırə edilməsi, danışıqlarrın təxirə salınması, qulların üsyan qaldırması cinayət hesab olunurdu. Konqresin sonunda İranla müharibəyə başlamaq qərara alındı. Korinf konqreslərindəki aktlarda “çar” adına rast gəlinmirdi. Yunanlarla münasibətdə Filipp heç vaxt özünü çar adlandırmırdı. Azad ellinlilər üçün o çar deyil, hegemon idi.
Quldarlar sinfinin hakimiyyət aparatı olan polis çoxdan bəri böhran keçirməkdə idi. Bu şəraitdə polis forması tam müflisliyini, öz funksiyalarını yerinə yetirə bilmədiyini bir daha göstərmiş oldu. Yunan polisləri arasaında daim davam edən müharibələr onları zəiflədir, ayrı-ayrı polislərin hegemonluq cəhdləri onlara qarşı digər polislərin koalisiyyasının yaranmasına zəmin yaradırdı. Nəticədə heç bir yunan dövləti sözün əsl mənasında rəhbər rola malik ola bilmirdi.makedoniyanın üstünlüyü onda idi ki,burada quldarlıq cəmiyyətinin ziddiyyətləri hələ bir oqədər kəskin xarakter almamışdı. Ona görə də yunanlarla baş vermiş toqquşmalarda Makedoniya qələbə çala bildi. Makedoniyanın qələbəsinin digər səbəblərindən digəri bu dövlətin qüdrətli orduya malik olması və dövlət başında II Filip kimi mahir diplomat və görkəmli sərkərdənin olması idi.
II Filipp Yunanıstanın birləşdirilməsi uğrunda mübarizədə bütün vasitələrdən, diplomatiyadan, hərbi gücdən, intriqadan və pulun köməyindən məharətlə istifadə edirdi. O, bəzən kinayə, bəzən də obrazlı şəkildə deyirdi ki, "qızıl yüklənmiş uzunqulağın dünyada aşıb-keçə bilmədiyi qala divarları yoxdur". Məlum olduğu kimi, yunan şəhərlərinin hamısında Makedoniya tərəfdarları var idi və II Filipp onların yardımından hərtərəfli şəkildə istifadə etməyi bacarırdı. Öz tərəfdarları vasitəsilə hər hansı polisin elitası satın alınır, bu isə şəhərin ictimai həyatına təsir göstərir, hətta Makedoniya ordusu hücuma keçəndə şəhərin qala qapıları onların əli ilə açılırdı. Hər hansı şəhər tutulduqdan sonra II Filipp şəhərin əhalsinin ümumi yığıncağını çağırır və çıxış edərək baş verənlərlə bağlı əhalini məlumatlandırırdı. Şəhər əhalisi isə xəyanətkarların cəzalandırılmasını tələb etdikdə, onları hamının gözü qarşısında edam etdirir və edam olunmuşların əmlakını ələ keçirməklə bir növ müharibənin xərcini ödəyirdi.