Korner (iqtisadi)

Korner - Bazar iştirakçısı tərəfindən bazarda mövcud vəziyyətə nəzarət etmək, lazımi şəraitdə qiymət səviyyəsini öz maraqlarına uyğun səviyyədə qaldırmaq, bununla da mənfəət əldə etmək məqsədilə təklif olunan bütün müvafiq malları, aktivlərin alınması cəhdi. Bu ifadə daha çox qiymətli kağızlar bazarına aid olunur. Bu halda qiymətli kağızlar bazarında maliyyə aktivi almaq istəyən şəxslər, adətən forvard kontraktları bağlamış və onları yerinə yetirmək üçün müəyyən sayda qiymətli kağız almalı olan fond iştirakçıları daha yüksək qiymət ödəməyə məcbur olurlar. Bu vəziyyət adətən fond bazarında inhisarçılıq kimi də adlanır. [1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.129