Koroğlu ekstruzivi Tovuzçayın sağ sahilində, Yuxarı Öysüzlü kəndinin yaxınlığında yerləşir. Riolitlərdən ibarət oval formalı bu günbəz təbiət abidəsi kimi ətraf alçaq təpəliyin fonunda 70–80 m yüksəlir və Kiçik Qafqazda gec təbaşir vulkanizmi məhsullarının (santon əsri) morfoloji əlamətlərini açıqaydın özündə əks etdirir. Obyekt yüksək estetik cazibədarlığı ilə fərqlənir və böyük elmi əhəmiyyət daşıyır. Ekstruzivin cənub yamacında riolitlərin sütunvari ayrılması müşahidə edilir, zirvədə isə Koroğlu dastanının əfsanəvi qəhrəmanının adı ilə bağlı olan orta əsr qalasının qalıqları yerləşir.
Koroğlu ekstruzivi | |
---|---|
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
"Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013