Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Koroğlu heykəli — Xaçmaz şəhərində Azərbaycanın xalq qəhrəmanı Koroğlunun şərəfinə ucaldılmış heykəl.
Bu heykəl 2012-ci ildə Xaçmaz şəhərindəki yeni salınan Çənlibel parkında qoyulub. Bakı-Xaçmaz yolu üzərində, düz şəhərin girişinə çatarkən sol tərəfdə yerləşən bu parkda gözəl bir mənzərə yaradılıb. Ümumiyyətlə isə, park heykəllərlə və təbiət mənzərələri ilə bəzədilib.