Kosmina İsrafilova[1] (23 noyabr 1961, Lak rayonu, Dağıstan MSSR – 5 avqust 2022) — şairə, yazıçı, publisist, jurnalist, ictimai xadim. Dağıstan Respublikasının xalq şairi. Dağıstan Respublikası Yazıçılar Birliyinin üzvü. Rusiya Jurnalistlər Birliyinin üzvü və Rusiya Siyasi Elmlər Birliyinin üzvü. Dağıstan Respublikası Dövlət Mükafatı laureatı. 18 kitabın (publisistik və bədii kitablar, rus və lak dillərində şeir məcmuələri, bədii ədəbiyyat, roman-trilogiya) müəllifidir.[2]
Kosmina İsrafilova | |
---|---|
Doğum tarixi | 23 noyabr 1961 |
Doğum yeri | |
Vəfat tarixi | 5 avqust 2022 (60 yaşında) |
Fəaliyyəti | yazıçı |
Kosmina İsrafilova 1961-ci ildə Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Lak rayonunun Şahuva kəndində anadan olmuşdur.
Atası İsrafilov Muqutdin 1916-cı ildə anadan olmuşdur. Muqutdin kənd müəllimi, məktəb müdir olur. Üstəlik o, şeir də yazmışdır.
Anası İsrafilova Maysarat 1931-ci ildə anadan olur. Kolxozda usta, fabrikdə fəhlə işləyir.
Kosmina İsrapilova 1978-ci ildə Mahaçqalanın 5 nömrəli məktəbini, 1984-cü ildə Daqqosiniversitetinin filologiya fakültəsini, 2005-ci ildə Maliyyə və Hüquq İnstitutunun hüquq fakültəsini bitirir.
Yeddi il Sokolenok jurnallında 7 milli dildə müxbir olaraq çalışır. İnsan Özünü Tənzimləmə Mərkəzinin baş direktor müavini olur. Dağıstan Respublikası Təhsil Nazirinin müşaviri və digər məsləhətçi vəzifələrdə çalışır. Dağıstan Respublikası Milli Siyasət, İnformasiya və Xarici Əlaqələr Nazirliyinin baş mütəxəssisi, 9 il Dağıstan Respublikası Prezidentinin İnformasiya Siyasəti və Mətbuat Xidmətinin Baş Mütəxəssisi olur. "3-cü dərəcəli Dağıstan Respublikası Dövlət Xidmətinin müşaviri" rütbəsinə layiq görülmüşdür.
İlk şeir nəşrləri "Göy qurşağı", "Çiçəkləmə", "İşıqlandırma" kollektiv toplularında və Dağıstan dövri nəşrlərində olur. Kosmina İsrafilova 18 kitabın müəllifidir.
1997-ci ildən Rusiya Yazıçılar Birliyinin, 1993-cü ildən Rusiya Jurnalistlər Birliyinin, 2004-cü ildən Rusiya Siyasi Elmlər Birliyinin üzvü olur. 1988-ci ildə Pitsunda nasir mövzusunda yaradıcılıq seminarının, 2001-ci ildə Sankt-Peterburqdakı Dağıstan gGünlərinin, 2008-ci ildə Moskvada Dağıstan günlərinin iştirakçısı olur və Rusiyada ilk "Ağ Durnalar" bayramının həmtəsisçisi olur. Bir sıra siyasi elm forumlarının iştirakçısı da olmuşdur. Təxminən iyirmi ildir ki, Kosmina İsrafilova N. Yusupov adına Respublika Uşaq Kitabxanasında "İlham mənbələri" yaradıcılıq klubuna rəhbərlik edir.