Kosovo Elmlər və İncəsənət Akademiyası

Kosovo Elmlər və İncəsənət Akademiyası (alb. Akademia e Shkencave e Arteve e Kosovës; lat. Academia Scientiarum et Artium Kosoviensis; serb. Академија наука и уметности Косова) — Kosovo Respublikasının Ali Elmi Təşkilatı.[Q 1]

Kosovo Elmlər və İncəsənət Akademiyası
ASHAK
Elmlər və İncəsənət Akademiyasının Priştinadaki binası, 2013-cü il
Elmlər və İncəsənət Akademiyasının Priştinadaki binası, 2013-cü il
Növü Elmlər Akademiyası
Fəaliyyəti elm, incəsənət
Yaranma tarixi 1975
Mərkəzi Priştina, Kosovo
Üzvləri 24 tam ştatlı və 11 assosiasiyalı üzvü
ashak.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Akademiyanın köhnə binası

1950-ci illərdə Kosovoda ən yüksək səviyyədə təşkil edilən elmi araşdırmalara ehtiyac məsələsi gündəmə gəldi. 1953-cü ildə Albanologiya İnstitutu yarandı, lakin 2 ildən sonra Yuqoslaviya hakimiyyətinin təzyiqi altında bağlandı.[1] 1967-ci ildə Albanologiya İnstitutu təzədən təşkil edildi və ondan sonra bölgənin elmi və mədəni həyatında fəal iştirak etdi.[1] 1970-ci illərdə, Kosovo bölgəsində digər Yuqoslaviya respublikalarıyla bərabər azadlığı təmin etmək üçün milli hərəkat gücləndi. Kosovoda daha yüksək bir elmi müəssisə yaratmaq barədə müzakirələr aparıldı.[1] 1974-cü ildə Kosovo Assambleyası bu işi görmək üçün komissiya yaratdı. Kosovo Elmlər və İncəsənət Akademiyası 20 dekabr 1975-ci ildə təsis olundu.[2] Keçmiş Yuqoslaviya ərazisində müasir alban poeziyasının banisi hesab olunan Əsəd Mekuli akademiyanın ilk prezidenti oldu.[3] Akademiya dörd şöbədən ibarətdir: Dilçilik və Ədəbiyyat şöbəsi, İctimai Elmlər şöbəsi, Təbiət Elmləri şöbəsi və İncəsənət şöbəsi.[4]

Kosovo Elmlər və İncəsənət Akademiyasının 24 tam ştatlı və 11 assosiasiyalı üzvü var. Elmi qurumun hazırkı prezidenti professor Mehmet Krajadır, vitse-prezidenti professor Payazit Nuşidir. İsuf Krasniki Kosovo Elmlər və İncəsənət Akademiyasının baş katibidir. Dilçilik və ədəbiyyat şöbəsinin müdiri şair və yazıçı Əkrəm Başa, İctimai Elmlər şöbəsinin müdiri tarixçi Yusuf Bayraktari, Təbiət Elmləri şöbəsinin müdiri Feizulax Krasniki və İncəsənət şöbəsinin müdiri heykəltaraş Luan Mulikidir.[5] Alban-Amerika Nobel mükafatı laureatı Fərid MuradTereza Ana kimi görkəmli şəxsiyyətlər akademiyanın fəxri üzvü adına layiq görülmüşdülər.

  1. Kosovo ərazisi Kosovo Respublikası ilə Serbiya Respublikası arasında ərazi mübahisəsi mövzusudur. Kosovo Respublikası birtərəfli qaydada müstəqilliyini 17 fevral 2008-ci ildə elan etdi, lakin Serbiya onu öz suveren ərazisinin bir hissəsi kimi iddia etməyə davam edir. İki hökumət 2013-cü ildə Brüssel Sazişinin bir hissəsi olaraq münasibətləri normallaşdırmağa başladılar. Kosovo hazırda Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 dövlətdən 97-si tərəfindən müstəqil dövlət kimi tanınır. Ümumilikdə, BMT-yə üzv olan 112 dövlət Kosovanı həmən tanıdı, onlardan 15-i sonradan ölkəni tanıdılar.
  1. 1 2 3 "Historiku" (alban). Akademia e Shkencave dhe e Arteve e Kosovës. 2016-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
  2. "Kosova Academy of Sciences and Arts" (alban). Kosova Academy of Sciences and Arts. 23 мая 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-04.
  3. Elsie, Robert. Historical dictionary of Kosova. Scarecrow Press[ing.]. 2004. 118. ISBN 978-0-8108-5309-6.
  4. "Global Network of Science Academies" (ingilis). 2011-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-04.
  5. "Presidency of the Kosova Academy of Sciences and Arts" (alban). Kosova Academy of Sciences and Arts. 4 April 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]