Kosovoda islam

Prizrendə məscid

Kosovoda islam — qismən tanınmış Kosovo Respublikasında dominant olan din. Ənənəvi olaraq albanların böyük əksəriyyəti islam dinində etiqad edir. Bununla yanaşı onların az bir qismi xristiandır. Region Kosovonu da əhatə edən Balkanların Osmanlı fəthinə söykənən uzun müddət davam edən bir ənənəyə sahibdir. 1389-cu ildə Kosovo döyüşündən əvvəl bütün Balkan bölgəsi həm Qərbi, həm də Şərqi Roma imperiyası tərəfindən xristianlaşdırılmışdı. 1389-cu ildən 1912-ci ilə qədər Kosovo müsəlman Osmanlı İmperatorluğu tərəfindən rəsmi şəkildə idarə olunmuş və təbii olaraq islamlaşdırma yüksək səviyyədə olmuşdur. İkinci Dünya müharibəsindən sonra Kosovo Yuqoslaviya Federativ Sosialist Respublikası tərkibinə qatıldıqdan sonra dinlərdən uzaqlqaşma sürətlənmişdir. Bununla belə hazırda Kosovo əhalisinin 96% -i müsəlmanlardan ibarətdir. Burada müsəlman olan boşnak, qorani və türklər də yaşayır[1].

Kosovoda müsəlmanları yerləşimni göstərən xəritə

On altıncı əsrə qədər Kosovoda islamlaşmanın dərəcəsi minimal idi və əsasən şəhər mərkəzləri ilə məhdudlaşırdı. XVI əsrin ikinci yarısında islam dininə yayılma tempi əhəmiyyətli dərəcədə artmışdır. Bunu doğuran müxtəlif səbəblər olmuşdur. Məsələn: Müsəlman əhalisinin bölgəyə köçürülməsi, qeyri-müsəlmanlara tətbiq edilən cizyə vergisi, islam dininin daha humanist din olması. Kosovada çox sayda Alban mədəniyyət obyekti Cenevrə Konvensiyalarını pozan müharibə cinayətini təşkil edən Kosovo münaqişəsi zamanı (1998-1999) məhv edilmişdir. Kosovoda aktiv istifadədə olan 498 məsciddən 225 məscidin Yuqoslaviya serb ordusundan zərər görməsi sübut olunmuşdur. Münaqişə zamanı mədrəsə, nadir kitabları özündə cəmləyən islam kitabxanaları, əlyazmalar ziyan görmüş və ya məhv olmuşdur. 500 il əhatə edən qeydlər ilə Kosovanın İslam cəmiyyətinə aid arxivləri də məhv edilmişdir. Müharibə dövründə İslam memarlıq irsi serb milliyyətçiliyi və hərbi qüvvələrinin fəaliyyəti nəticəsində məhv edilmişdir.

  1. "Muslims in Europe: Country guide". 2009-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16.