Qismən müstəqilliyi tanınmış Kosovo Respublikası elə də böyük bir sahəyə malik deyildir. Bununla belə qəliz relyef strukturu Kosovonun iqlim rəngarəngliyinə səbəb olur. Kosovo şimal yarımkürrəsinin mərkəzi hissəsinin cənubunda yerləşir. Onun iqliminə Aralıq dənizi iqlimi və kontinemtal iqliminin təsiri böyükdür. İqliminə təsir göstərən digər təsirlər isə onun Avrasiya, Afrika və Atlantik okeana onan məsafənin eyni olmasıdır. Azda olsa relyef, hiqrologiya, düzənliklər və bitki örtüyü onun iqliminə təsir göstərir[1].
İbar çayı regionu kontinental iqlimin təsirinə məruz qalır. Bu səbəbdən burada qışı olduqca sərt keçir. Burada qışın orta aylıq temperatu −10 °C, bəzən isə −26 °C olur. Yayda isə orta aylıq temperatur 20 °C, bəzən isə 37 °C olur. Region iqlimi olduqca quraqdır. İllik yağıntının miqdarı 600 mm təşkil edir. Mexotiya vilayəti Ağ Drin regionuna aiddir. Burada qış ayının orta aylıq temperatur 0,5 °C, hətta 22,8 °C ola bilir. Orta illik yağıntının miqdarı isə 700 mm təşkil edir. Qışı isə çox qarlı keçir. Dağlıq və sıx meşəlik zonalarında illik yağıntının miqdarı 900 – 1300 mm arasında dəyişir. Bu region qısa və soyuq yaya, qısa, soyuq və qarlı qışa sahibdir. Ümumilikdə Kosovo iqlimini gnəşli, mülayim və rütubətli kimi qiymətləndirmək olar[2].
Kosovonun şərqi qərbində nisbətdə soyuq keçir. Kosovonun orta illik temperaturu 9,5 °C-dir. Ən isti ay iyuldur. Bu zaman orta aylıq temoeratur 19,2 °C-dir. Ən soyuq ayı yanvar ayının temperaturu isə −1,3 °C. Maksimun illik temoeraturu 12 °C olaraq Prizendə, minimum orta temperatur 9 °C olaraq qeydə alınmışdır. Prizrena və İstok istisna olaraq yanvar ayının orta temperaturu 0 °C-dən aşağıdır.
Ölkə meteostansiyaların məlumatına görə maksimum temperatur 35 °C-dir. Minimum tepmeratur isə Qnilanedə −32,5 °C olaraq qeydə alınmışdır. Ölkədə illik temperatur amplitutu 20,5 °C-dir. Süzən ərazilərdə tropik iqlimin təsirinə 30 gün məruz qalmışdır[3].
Şəhər | Hündürlük. | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | İl |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Reç | 523 | 0.1 | 1.3 | 5.9 | 11.5 | 15.4 | 19.5 | 22.2 | 20.9 | 17.7 | 12.6 | 7.9 | 0.8 | 11.3 |
Prizen | 436 | 1.4 | 3.1 | 7.8 | 12.9 | 16.8 | 21.1 | 23.7 | 22.8 | 19.3 | 14 | 9.3 | 2.5 | 12.9 |
Mitrovisa | 521 | −0.7 | 0.5 | 5.3 | 10.5 | 14.9 | 18.9 | 21.5 | 20.3 | 16.8 | 11.9 | 7.2 | 0.5 | 10.6 |
Priştina | 630 | −0.9 | 0.1 | 4.8 | 10.5 | 14.9 | 19.1 | 21.1 | 20 | 16.3 | 11.8 | 7.1 | 0.3 | 10.4 |
Kosovodo bütün yağıntı növləri müşahidə edilir. Burada müşahidə edilən dolu kənd təsərrüfatına böyük təsir göstərir. Bu tip yağıntı əsasən iyul və avqust aylarında düşür. Kosovo kiçik əraziyə sahib olsa da yağıntıların düşmə regionlarına görə rəngarəngdir. Düzən ərazilərdə qar ötüyü 26 gün dağlarda isə 100 gün qalır[5].
Kosovodo orta illik küləyin güçü 1,3 m/s, Peçede isə 2,4 m/s təşkil edir. Küləyin maksimal güçü 31 m/s olaraq qeydə alınmışdır. Mart və,apreldə müşahidə edilən güçlü küləklər binalara böyük zərər vurur[6].