Kostanaevin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnya küçəsi ev 66/37 yerləşən bina[1]. Bina XIX əsrin sonlarında inşa edilmişdir. Kostanaevin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir.
Kostanaevin binası | |
---|---|
rus. Доходный дом Костанаева | |
47°13′15″ şm. e. 39°42′47″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Vikianbarda əlaqəli mediafayllar |
Kostanaevin binası Bolşoy Sadovnya küçəsinin bir künçündə qəralaşır. Bina bəzi mənbələrdə А. А. Leonidovun binası[2] olaraq keçərlidir. Binanın dəqiq inşa tarixi məlum deyildir. Ancaq quruluşu və tikilmə texnikası baxımından onun XIX əsrin dördüncü yarımında inşa edilməsi ehtimal edilir. Bu tip binalar Rostov üçün xarakterikdir. Binanın birinci mərtəbələri bir qayda olaraq ticarət mərkəzləri, ikinci mərtəbələrində isə yaşayış mənzilləri yerləşir. Bu tip xüsusiyyətlər bu binada da vardır. Binanın qərb divarı Yablokovların Ticarət binasına söykənir.
Sovetlər quruluşunun meydana gəlməsindən sonra bina gəlirli bina olaraq Kostanaevlər ailəsinə mənsub olur: Sergey, Matvey, Kirill, Qriqori və Emmanuil. Binanın birinci mərtəbəsi müxtəlif ticari təşkilatlara icarəyə verilmişdir: «Qarlikov А.S.» Ticarət evi, «Vr. V. və N. Blandovlar» mağazası, Smirnov qızıl və gümüş məmulatları mağazası. 1914-ci ildən binada «Berejnov Q.V. və K» ticrət evi yerləşirdi.
1920-ci illərdə binanın birinci mərtəbəsində «Alazan» adlı mağaza mövcud olmuşdur. Sonrakı dönəmlərdə buada №8 Qorkooptorqa mağası yerləşirdi. 1959-cu ilə olan məlumata əsasən burada №8 Qorkooptorqa mağası, «Oyuncaq» №69 mağazası, saat təmiri emalatxanası, Yuvilir emalatxanası mövcud olmuşdur. 1990-cı illərdə burada «Buratino» adlı mağaza və valyuta dəyişmə məntəqəsi olmuşdur.
Rostov vilayəti Administrasiya rəhbərliyinin 1998-ci il 9 oktyabr № 411 kostanaevin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir.