Kot-d’Armor

Kot-d’Armor (fr. Côtes-d’Armor, bret. Aodoù-an-Arvor, hərfən "dəniz sahili") — Fransa qərbində, Bretan regionun departamentlərindən biri. Sıra nömrəsi — 22. İnzibati mərkəzi (Prefektura departamenti) — Sen-Briyö. Əhalisi — 612383 nəfər (departamentlər arasında 41-ci, məlumatlar 2010). Keçmişdə Kot-dü-Nor (Côtes-du-Nord) adlandırılıbdır.

Departament
Kot-d’Armor
fr. Côtes-d’Armor
bret. Aodoù-an-Arvor
Bayraq Gerb
Bayraq Gerb

48°20′00″ şm. e. 02°50′00″ ş. u.HGYO


Ölkə  Fransa
Daxildir Bretan
İnzibati mərkəz Sen-Briyö
Tarixi və coğrafiyası
Yaradılıb 4 mart 1790
Sahəsi 6.878 km² (19-cu yer)
Saat qurşağı UTC+1
Əhalisi
Əhalisi 612 383 nəfər (2010) (41-ci yer)
Əhalinin sıxlığı 89,04 nəfər/km² (41-ci yer)
Rəqəmsal identifikatorlar
ISO kodu FR-22
Rəsmi sayt
Kot-d’Armor xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərazisi — 6878 km². Bretan yarımadasının şimalında yerləşən departament İngilis Kanalı tərəfindən yuyulur.

Kot-d’Armor — 1790-cı ilin martında Fransız İnqilabı dövründə meydana gələn ilk 83 departamentdən biridir. Keçmiş Bretan əyalətinin ərazisində yaradılıb.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]
Rayon Suprefektura
Qenqan (fr. Guingamp) Qenqan
Dinan (fr. Dinan) Dinan
Lanion (fr. Lannion) Lanion
Sen-Briyö (fr. Saint-Brieuc) Sen-Briyö

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]