Kotandağ kaolinləşmiş tuf yatağı — Kiçik Qafqazın şimal-şərq yamacında, Həsənsuçay və Tovuzçay çayları arasında, Kotandağ yüksəkliyindən təxmin ən 1,2 km. şimal-qərbdə yerləşən yataq.
Yatağın geoloji quruluşunda əsasən santon yaşlı vulkanogen-piroklastik süxurlar iştirak edir. Bu süxurlar içərisində dasit, andezit-dasit tərkibli litoklastik tuf horizontu qeyd olunur. Bu süxurlar mərk zi hissədə şimal-q ərb istiqamətli qırılma zonası ilə kəsilir. Qırılma xətti boyunca qalxan hidrotermal məhlulların təsirind ən litoklastik tuf horizontu, demək olar ki, hər yerdə güclü kaolinləşməyə məruz qalmışdır[1]