Kox şamı

Kox şamı - (lat. Pinus kochiana Klotzsch ex C.Koch.) — şamkimilər fəsiləsinə aid bitki növü.

Kox şamı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Kox şamı
Beynəlxalq elmi adı

IUCN  Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir -  NT. Azərbaycanın nadir mövüdür.[1][2]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 15-20 (35) m-ə çatan həmişəyaşıl ağacdır. İynəyarpaqları düzdür və yaxud bir qədər əyiləndir, sərtdir, ucları itidir, göyümtül-yaşıl və ya göy rəngdədir. Qozaları qısa-yumurtavari və yaxud uzunsov-ovaldır, qonur-boz rəngdə, parlaqdır, tək-təkdir və yaxud 2-4-ü bir yerdədir. Toxumları bozumtuldur, 4–5 mm-ə qədər uzunluğunda, 2- enindədir, qanadlarının uzunluğu 12–15 mm-dir.[1] [3] [4]  

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Mart-aprel aylarında tozlanır, qozaları ikinci il yetişir. Ancaq toxumla çoxalır. Tozlanması anemofildir. Soyuğadavamlıdır. Mezokserofitdir. Havanın quraqlığına orta dərəcədə davamlıdır. Torpaq-qrunt şəraitinə az tələbkardır, torpağın şoranlığına davamlı deyildır. Fıstıq, vələstozağacı ilə qarışıq halda, daşlı-qayalı yamaclarda yayılmışdır.[3][4]

Yayılması[redaktə | mənbəni redaktə et]

Alazan-Əyricay vadisində Balakən rayonunda Balakənçayın sağ qolları olan Bulanıq və Qaraborsu çaylarının hövzələrində, Göy-göl rayonunda Murovdağ silsiləsinin bir qolu üzərində yerləşmiş Göy-gölün şərq sərhəddində, Naxçıvanın Biçənək meşəsi ərazisində və Keçəldağ yaxınlığındakı palıd meşəliyində rast gəlinir.[3][4][5]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Geniş yayılma ərazilərinin mövcudluğuna baxmayaraq, antropogen amillərin təsirlərinə məruz qalır. Azərbaycanda ən geniş massivi Göy-göl Milli Parkında 150 hektara yaxın ərazidədir. 

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Meşələrin sistemsiz kəsilməsi, yanğınlar, enliyarpaqlı cinslərlə əvəz olunması, təbii bərpanın zəif olması.

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Göy-göl Milli ParkındaZaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olunur. Mövcud ağacların mühafizəsi gücləndirilməlidir. 

Sinonimləri[redaktə | mənbəni redaktə et]

Pinus armena K. Koch

Pinus hamata (Steven) Sosn.

Pinus sosnowskyi Nakai

Pinus sylvestris ssp. hamata (Steven) Fomin

Pinus sylvestris ssp. kochiana (Klotzsch ex K. Koch) Eliçin

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Azərbaycan Respublikasının Qırmızı kitabı " Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri " II nəşr, Bakı 2013
  2. http://redbook.az/?options=project&id=Kox%20%C5%9Fam%C4%B1[ölü keçid]
  3. 1 2 3 Prilipko L.İ. 1961
  4. 1 2 3 Azərbaycan SSR-in Qırmızı Kitabı, 1989
  5. Naxçıvan MR-in Qırmızı Kitabı, 2010