Kozyak SES (mak. ХЕЦ Козјак) — 1994-cü ildən 2000-ci ilə qədər Treska çayı və süni Kozyak gölü üzərində qurulmuş Şimali Makedoniyayay məxsus olan su-elektrik stansiyası. Şimali Makedoniyada ən böyüyü və ən yüksək bəndə (hündürlüyü 130 m) sahib su anbarıdır. Ölkənin qərb hissəsində, Makedonski Brod icmasında (Skopyedən 45 km məsafədə) yerləşir. Anbarın tikilməsində əsas məqsəd daşqınların qarşısını almaqla elektrik enerjisi istehsal etmək və çayın axınını idarə etmək olur[1]. Elektrik stansiyası Çinin birbaşa maliyyə dəstəyi ilə tikilib və müstəqil Makedoniya Respublikasında tikilmiş ilk elektrik stansiyasıdır.
Kozyak SES | |
---|---|
mak. ХЕЦ Козјак | |
Ümumi məlumatlar | |
Çay | Treska çayı |
Tikilmə tarixi | 1994 |
İstismara verilib | 2000 |
Əsas xüsusiyyətləri | |
İllik elektroenerji istehsalı | 190 mln. kVt⋅s |
Elektrik enerjisi gücü | 100 MVt |
Avadanlıq xüsusiyyətləri | |
Turbin tipi | Hidroaqreqat |
Əsas qurğular | |
Bənd tipi | Torpaq |
Bəndin hündürlüyü | 130 m |
Bəndin eni | 32000 m |
Yerləşməsi | |
41°52′40″ şm. e. 21°11′34″ ş. u.HGYO | |
Ölkə | Şimali Makedoniya |
|
Elektrik stansiyası iki Frensis turbininə əsaslanır: hər birinin nominal gücü 41 MVt-dır. Süni gölün uzunluğu 32 km və maksimum dərinliyi 130 m, göldəki suyun maksimum səviyyəsi 469.9 m, suyun həcmi isə 380 milyon kubmetrdir[2]. Göldə balıq yoxdur.
Bəndin tikintisi 1994-cü ilin avqustundan 2000-ci ilə qədər aparılmışdır. Dəyəri 173 milyon ABŞ dolları olmuşdur. Əvvəlcə tikinti 8% dərəcəsi ilə 93 milyon dollar kredit götürən hakim partiya olan Makedoniya Sosial Demokrat Birliyi tərəfindən təşkil edilir. Çin şirkəti Haynan ilə elektrik stansiyasının inşasına kömək haqqında müqavilə imzalanır, lakin şirkət olduqca tez iflas edir və direktoru həbsxanaya atılır[3]. Tikinti təhlükə altında qalır. Bununla belə Daxili Makedon İnqilabçı Birliyi — Makedonyanın Milli Birliyi Demokratik Partiyası elektrik stansiyasının tikintisi üçün lazım olan vəsaitin 70% -ə qədər təmin edərək layihəni bərpa edə bilirlər[4].
1996–1998-ci illərdə Sosial Demokrat Birliyinin hakimiyyəti dövründə bütün elektrik avadanlıqlarının alınması və quraşdırılması daxil olmaqla hazırlıq işləri aparılır. Su anbarının doldurulmasına 2003-cü ilin mayında başlanılır, hər iki aqreqat müvafiq olaraq 2004-cü ilin iyul və sentyabr aylarında istifadəyə verilir[5]. İnşaat Makedoniyanın ELEM və Çinin CWE[6] şirkətləri tərəfindən həyata keçirilmişdir.
İlk planlaşdırılan avadanlığın təmiri yalnız 2007-ci ildə baş tutur, o zaman güclü titrəmə səbəbindən generatorlar dəyişdirilir. Tam miqyaslı yenidənqurma zamanı turbinlər dəyişdirilməsi və ümumi gücü 100 mVt-a qədər artırılması baş verir. 2010-cu ilin avqust ayına qədər illik elektrik enerjisi istehsalı 190 milyon kVt təşkil etmişdir. Bu isə 2006-cı ildən bu yana bir rekorddur.