Krım Şamı ağacdır, 20–40 m hündürlüyündədir, dirək gövdəsinin diametri 60 sm-ə çata bilir, çətiri geniş, dağınıq, yastı və dəyirmidir, üfüqi uzanmış budaqları ucdan yuxarı qalxandır, dirək gövdəsinin aşağı hissəsinədək qabığı qaradır, dərin-şırımlıdır, yuxarı hissəsində isə qırmızımtıldır. Cavan zoğları sarımtıl-qonuru rənglidir, parıldayandır. Tumurcuqları milvarıdır, iridir (16–35 mm), düzünədir, qatlanmayan pulcuqludur. Pulcuqvarı yarpaqları açıqsarı rənglidir, yarpaq qını boyda və yaxud da ondan uzundur. Yarpaq qını 18–26 mm uzunluqdadır. İynəyarpaqları tündyaşıl rənglidir, çox sıxdır, sərtdir və ucdan tikanlıdır, bir qədər əyiləndir, 8-12 sm, bəzən isə 18 sm-ə qədər uzunluqda və 1,6-2,1 mm enində olurlar. Hər bir dəstədə 2 ədəd tikanlı iynəyarpaq yerləşir. İynələrin en kəsiyində 2 dəstə boruları vardır. Qatran yolları parenximadadır. Qozaları uzunsov yumurtavarıdır, çox qısa saplaqlı və ya oturaqdır, dikdurandır, tək-tək və ya bir neçəsi (2-4 ədədi) bir yerdə topa halında olur, qəhvəyi, sarımtıl-qonuru rənglidir, parıldayandır, 5-12 sm uzunluqda, 4,5-7 sm enindədir. Qalxancığı demək olar ki, rombvarıdır, parıldayandır, qonuru-qırmızı, sarıdır, aydın görünən radial qabırğalıdır. Göbəkcik ovalvarıdır, qırmızı-qəhvəyi və ya boz rənglidir, qabarıq və itidir. Toxumları 5–7 mm uzunluqda, 4–5 mm enindədir, tündboz və ya demək olar ki, qaradır, bozumtul-qonuru və ya qara ləkəciklidir, qanadı 20–27 mm uzunluqda və qonuru rənglidir, 2 ilə yetişir. Bir kq-da 42 min ədəd toxum olur. 1000 ədəd toxumun kütləsi 16-26 q-dır. Cücərtilərin ləpəaltı hissəsi 40 mm-dək uzunluqda, 0,75 mm enində olmaqla çəhrayı-yaşıl rənglidir. Ləpələri sayca 8-ə yaxındır, forma etibarilə sapvarı-bizvarıdır, 20–30 mm uzunluqda, 0,75 mm enində, təpədən itidirlər, çılpaqdırlar. Cücərtilərin yarpaqları ləpələr kimidirlər, lakin onlardan bir qədər ensizdirlər, üzərində kiçik ağımtıl, yuxarıya istiqamətlənmiş çoxsaylı tikancıqlar vardır. Ləpəüstü buğum zəif inkişaf etmişdir. Cücərtilər tutqun-yaşıldırlar.
Krım şamı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|