Krabbe yarımadası

Krabbe yarımadası (rus. Полуостров Краббе) — Rusiya Federasiyasının Primorsk diyarı ərazisində yerləşən yarımada. Diyarın ən iri yarımadalarından biridir. Yarımada coğrafi baxımdan Primorsk diyarının cənub-şərq sahillərində yerləşir. Sahillərini Yapon dənizinin suları yuyur.

Krabbe yarımadası
Ümumi məlumatlar
Sahəsi 30,8 km²
Yerləşməsi
42°38′00″ şm. e. 130°52′00″ ş. u.HGYO
Akvatoriya Yapon dənizi
Ölkə  Rusiya
Krabbe yarımadası xəritədə
Krabbe yarımadası
Krabbe yarımadası

Yarımada Xasanski rayonunun cənub-qərbində, Zarubino və Poset qəsəbələri arasında yerləşir. İlk dəfə 1854-cü ildə ekspedisiya zabiti vitse admiral E. V. Putyatin tərəfindən kəşf edilmişdir. Yarımada 1863-cü ildə Dəniz Nazirliyinin vitse admiralı Nikolay Karloviç Krabbenin şərəfinə adlandırılmışdır.

Yarımada qədim vulkanik suxurlardan təşkil olunmuşdur. O qərbdən şərqə doğru uzanır. Materiklə ensiz qumdan təşkil olunmuş bərzəxlə birləşir. Bərzəxin ən ensiz hissədə eni 70 metrdir. Mərkəzi hissədə eni 4,5 kilometrə çatır. Bərzəxin sahili ilə Astafev burnuna qədər məsafə 13 km-dir. Yarımadanın sahəsi 30,8 km2-dir.

Yarımada boyunca su ayrıcı silsilə uzanır. onun mərkəzində hündürlüyü 179,5 metrə çatan zirvə vardır. Zirvə adsızdır. Yarımadanın şərq hissəsində Dereq dağı yerləşir (160,2 m)[1].

Yarımadanın şimalını dayaz Novqorodskaya buxtası yuyur. Burada güçlü dalğalar olmur. Sahilləri akulmiyyativ, az parçalı və alçaqdır. Çimərlikləri olduqca ebsiz, lilli və bataqlıqlaşmışdır. Şimal sahillərinin uzunluğu 16,1 km kilometrdir. Yarımada cənub-qərbdən Reyd Pallada buxtası, cənubdan Poset buxtası, cənub-şərqdən Kitovıy körfəzi ilə əhatələnir. Sıldırımlı qayaların aşağısında uzunluğu 24,3 km olan qumlu və gilli çimərliklər vardır. Mərkəzi hissədə Minonosok buxtası yerləşir.

Krabbe yarımadasında 16 axar vardır. Onların uzunluğu 1 km-dən çoxdur. Ən uzun axarın 1,6 km məsafədə axır. Bəzi axarların mənsəbində estuarilər əmələ gəlmişdir. Yarımadada iri göllər yoxdur. Ancaq sahəsi 1 ha olan göllər yarımadanın şimal-qərbində yerləşir.

Yüksəkliklərdə ot örtüyü azdır. Novqorodskaya buxtası sahillərində bataqlıqlaşmış ərazilərlə örtülüdür. Enliyarpaqlı meşələr çay vadilərində müşahidə edilir. Yaşıllıqlar cəmi 6–8 % ərazini əhatə edirlər. Meşələrdə palıd üstünlük təşkil edir.

Yarımadada daş dövründən tutmuş orta əsrləqə qədər yaşayış mövcud olmuşdur.[2]. 1940-cı illərə qədər burada əhalisinin sayı 1000 nəfər olan Krabbe qəsəbəsi vardı. Hazırda burada daimi yaşayış məntəqəsi yoxdur. Dereq burnunda avtomatik mayak vardır (22.05.2017 tarixinə olan məlumata görə mayak artıq fəaliyyət göstərmir və dağılmaq üzrədir)

Yarımadanın əsas yollardan uzaqlığı, su çatışmazlığı və çimərlikləin əlverişli olmaması səbbindən bura turistlər ayaq basmır.[3]. Burada təbiətin öz ilkin görkəmini saxlamasından dolayı ekooturizm ekoturizm baxımından olduqca əlverişlidir. Üstəlik müalicəvi palçığa sahibdir.

  1. "Krabbe yarımadasının coğrafi xəritəsi". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-10.
  2. Этот загадочный полуостров Краббе [ölü keçid]
  3. "Полуостров Краббе". 2012-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-10.