Krakelür (fr.craquelure) — rəsm əsərində boya və ya lak qatında yaranan müxtəlif ölçü və dərinlikdə olan çatlar.
Krakelürlər rəsmin bütün təbəqələrindən keçəcək şəkildə dərin və ya yalnız bir təbəqədə yaranacaq şəkildə ola bilərlər. Həmçinin əsərin bütün səthi boyu yayıla və ya ancaq müəyyən qismində ola bilərlər. Ölçüləri gözə görünməyəcək qədər kiçikdən başlayaraq, rəstavrasiyasını zəruri edəcək qədər böyüklərinə qədər dəyişə bilir.
Çatların yaranma səbəbləri arasında boyaların hazırlanması prosesindəki çatışmazlıqlar, rəsmin çəkilməsi prosesində yaranmış texniki qüsurlar və bəzən də kifayət qədər peşəkarcasına həyata keçirilməmiş restavrasiyanı misal çəkmək olar. Bütün əsərlərdə çatların yaranması mütləq deyil.
"The Description of Craquelure Patterns", by Spike Bucklow, Studies in Conservation, Vol. 42, No. 3 (1997), pp. 129–140, Maney Publishing on behalf of the International Institute for Conservation of Historic and Artistic Works, JSTOR