Kral Şakir (Cizgi Film, 2016)

Kral ŞakirCartoon Network (Türkiyə)[1] üçün Grafi2000[2] şirkəti tərəfindən yaradılan televiziya animasiya serialıdır. Cartoon Network (Türkiyə)nin ilk yerli istehsalıdır. Serial premyerası 23 aprel 2016[3]-cı ildə göstərildi və 16 May 2016-cı ildə yayımlanmağa başladı.

Kral Şakir
Janr Komediya
Rejissor Kuntay Kumbur
Ssenari müəllifi Haluk Can Dizdaroğlu
Səsləndirənlər Mustafa Oral
Atilla Şendil
Levent Ünsal
Didem Atlıhan
Sema Kahriman
Bəstəkar Kadir Süzgün
İstehsalçı ölkə Türkiyə Türkiyə
Mövsüm sayı 4
Buraxılış sayı 144
İlk buraxılış 23 aprel 2016
İstehsal
Prodüser Varol Yaşaroğlu
İcraçı prodüser Berk Tokay
Cartoon Network üçün:
Zümrüd Paksoy
Tülin Ülkütay Eriş
Müddəti 11 dəqiqə
Veriliş
Kanal Cartoon Network (Türkiyə)
Təsvirin formatı 576i (16:9 SD TV)
Səsin formatı Stereo
Premyerası 23 aprel 2016 (ilk yayım)
16 may 2016 (rəsmi yayım)
sayt

Məzmun[redaktə | mənbəni redaktə et]

Bir şir ailəsinin balaca üzvü olan Şakirin ailəsi və dostları ilə yaşadığı macəralar izah edilir. Şakirin atası şir, anası pişikdir. Bacısı Canan, anası kimi bir pişikdir və tısbağa babası var. Remzinin Necati adlı bir dostu var və fildir. Həmişə onların evindədir, ancaq yemək yeyir və videooyun oynayır. Məktəbdə qapıçıdır və çox bacarıqsızdır. Evi olmayan, zibilxanalarda yaşayan və vafli sevən Tanju adlı bir sahibsiz it var. Həmişə onlara qoşulub, vaxtını keçirir. Həm də həmişə pis işlərin ardınca gedən, yanındakı iki adamı ilə davamlı pis işlər görən Kürşat adlı bir qarğa da var. Onun da özü kimi pis bir oğlu var. Oğlu Cemşit Şakirlə eyni sinifdə oxuyur. Mirket adlı elmlə məşğul olan bir elm heyvanı da var. Tez-tez Şakir, Necati və Remzi, işlər səhv olduqda bir araya gəlmələrinə kömək edir. Serial ilk başlayanda bir çox fantaziya ilə bol olmasa da, sonrakı bölümlərdə hekayələr daha mürəkkəbləşdi. Cizgi serialı üçün kosmik macəralar, canavara çevrilən bitkilər, zaman səyahətləri, sehr və elmin sinxronizasiyası kimi bir çox yeni ssenari yaradılmağa başladı.

Personajlar[redaktə | mənbəni redaktə et]

Personaj Haqqında Səsləndirən
Şakir Serialın baş qəhrəmanıdır. balaca bir şirdir və həmişə kepka taxır. Kepkası hər yerdə dəyişə bilər. Mustafa Oral
Remzi Şakirin atasıdır, aslandır. Qırmızı bir sviter geyinir. Bir bankda işləyir və işdən gələndə Necati və Şakirlə videooyun oynayır. Onda əsl uşaq ruhu var. Atilla Şendil
Necati Bənövşəyi bir fildir. Məktəbdə qapıçıdır. Valideynləri zəngin olsa da, o zəngin deyil. Məktəbin ilk və tək qapıçısıdır. Qalan saatlarında yatır, yeyir və videooyunlar oynayır. Ümumiyyətlə, həmişə gəzir. Levent Ünsal
Canan Ağ rəngli bir pişikdir. Şakirin bacısıdır. Çox ağıllıdır və ümumiyyətlə kitab oxuyur. Didem Atlıhan
Kadriye Şakir və Cananın anasıdır və eyni zamanda ağ rəngli bir pişikdir. Ümumiyyətlə ev təmizləyir və yemək bişirir. Sema Kahriman
Peyami baba Şakirin babasıdır. Qoca su tısbağasıdır. Sedat Yılmaz
Nazmiye Kadriyenin bacısıdır. Naməlum
Quduz Tanju Zibilxanalarda yaşayan və həmişə başqalarının atdıqlarını yeyən evsiz bir insandır. Şakir, Remzi və Necati həmişə onunla dostluq edirlər. Hakan Akın
Mirket Çox ağıllı bir elm adamıdır. Öz laboratoriyasında çox mürəkkəb və ağlasığmaz ixtiralar edir. İxtiralarını Necati, Remzi və Şakir üzərində bir neçə dəfə sınaışdır. Çox vaxt Şakir, Remzi və Necatiyə başlarına gələn bəlalardan qurtulmasına kömək edir. Onur Akgülgil
Akbaba Kürşat Qara paltar geyinən zəngin bir təkəbbürlüdür. Özündən çox əmin və həmişə pis işlər görür. Yanında iki kişi var. Barış Özgenç
Qorilla Ərcan Həmişə Akbaba Kürşatın yanında olan və pis işlərində ona kömək edən qorilladır. Sinan Divrik
Ayı Polad Qara ayıdır. Qalın bir səsi var. Ali Çorapçı
Hirsli Cüneyt Şakir və ailəsinin mənzilinə baxan mənzildə yaşayan hirsli bir kərtənkələdir. Çox yaşlıdır. Əvvəllər məşhur bir komediya ustası idi. Koray Aktaş
Yaşlı Tısbağa Necati'nin ləkəsizliyinin qurbanı olan xarakterdir. Arda Tümer
Körpə cücələr Onlar Şakirin qonşusunun övladlarıdır. Dondurma yeyəndə canavarlara çevrilirlər. səssiz personaj
Keçi Necmi Necati ilə inad edən bir keçidir. Necatinin qonşusudur və məhəllədə "İnadkar Necmi" kimi tanınır. Naməlum

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Dünyanın ən çox baxılan telekanalı Cartoon Networkun Türkiyədə yayımlanan qoludur.
  2. Türkiyənin ən məşhur animasiya şirkəti
  3. Türkiyənin Beynəlxalq Uşaqlar Günündə Cartoon Network Türkiyədə 23 aprelə özəl Tom və Cerri və Skubi Dunun ən məşhur cizgi filmləri yayımlandı

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]