King Uncle (mənası Kral əmi) Rakeş Roşanın rejissorluq etdiyi hind filmidir. Filmin əsas rollarında Şahrux Xan, Ceki Şrof və Anu Aqarval yer almışdır. Filmin orijinal versiyası hindi dilindədir.
Kral əmi | |
---|---|
King Uncle | |
Janr | dram filmi |
Rejissor | Rakeş Roşan |
Prodüser | Rakeş Roşan |
Ssenari müəllifi | Ravi Kapur |
Baş rollarda |
Şahrux Xan Ceki Şrof Anu Aqarval Pareş Raval Deven Verma Naqma |
İstehsalçı | Eros International |
İlk baxış tarixi | 5 Fevral 1993 |
Müddət | 171 dəq. |
Ölkə | Hindistan |
Dillər |
Hind dili Urdu |
Rəng | rəngli |
IMDb | ID0107321 |
Aşok Bansal (Ceki Şrof) uşaqlığı travmatik keçən bu insan öz yanındakılara belə pulun hər şeydən vacib olduğunu öyrədən şəxsdir. Aşok kasıb insanlara nifrət edər, buna görə də yoxsulluqdan çıxmaq üçün ağır şəraitdə işləməyə başlayar. Sərvət əldə etmə prosesində kiçik qardaşı Anil (Şahrux Xan) və bacısı Sunitadan (Nivedita Saraf) ibarət olan ailəsinə biganə yanaşar. Qardaşının başqa bir biznesmen ilə evləndirməsinə baxmayaraq Sunita Aşokun menecerinə (Vivek Vasvani) aşiqdir. Anil qardaşının bu həyat tərzinə qarşı çıxar və Kavita (Naqma) ilə evlənmək üçün evi tərk edər.
Uşaqlara pis davranan yetimxanadan olan Munna (Puca Ruparel) Aşokun həyatına daxil olandan sonra onun həyatını sonsuzadək dəyişdirər. Başlanğıcda Aşok üçün baş bəlası olar. Aşok onu yetimxanaya qaytarar, amma yenə onun üçün darıxdığını hiss edər. Sonradan ailənin əhəmiyyətini dərk edərək və onuda öz ailəsinə qəbul edər. Bacısını pis niyyətli ərindən xilas edər və qardaşından da üzr istəyər, onların hər ikisini evə gətirər.
Aktyor / Aktrisa | Rolu |
---|---|
Şahrux Xan | Anil Bansal |
Ceki Şrof | Aşok Bansal |
Anu Aqarval | Fenni Fernando |
Pareş Raval | Pratab |
Deven Verma | Kərim |
Naqma | Kavita |
Puca Ruparel | Munna |
Susmita Mukherci | Şanti |
Dineş Hinqo | Çunilal |
Dalip Tahil | Pradip Malik |
# | Ad | Müğənni |
---|---|---|
1 | "Akkad Bakkad Bombay Bo" | Sudeş Bhosle, Alka Yaqnik |
2 | "Dil Mane Jise Wohi Apna" | Kumar Sanu |
3 | "Dil Mane Jise Wohi Apna" | Sudeş Bhosle, Aşa Bhosle |
4 | "Hum Rahe Na Rahe Yahan Par" | Sadhana Sarqam |
5 | "Is Jahan Ki Nahin Hain" | Nitin Mukeş, Lata Manqeşkar |
6 | "Khush Rahne Ko Zaroori" | Vinod Rathod, Nitin Mukeş, Alka Yaqnik, Sadhana Sarqam |
7 | "Parody" | Sudesh Bhosle, Sapna Mukherci |
8 | "Tare Aasman Ke Dharti Pe" | Sadhana Sarqam |